Yuxarı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə telefonla zəng edib.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin X hesabında paylaşım edilib.

Məlumata görə, telefon danışığı zamanı hər iki lider Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq və strateji münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər.

Tərəflər enerji, ticarət və xalqlar arasında əlaqələr daxil olmaqla bir sıra əsas sahələrdə əməkdaşlığın davamlı şəkildə genişlənməsini məmnunluqla qeyd ediblər.

Pakistan Baş naziri Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın bu qlobal tədbirə ev sahibliyinin dünya şəhərsalma gündəliyinin inkişafına mühüm töhfə verdiyini bildirib.

Prezident İlham Əliyev isə forumla bağlı göstərilən diqqətə görə təşəkkür edib və WUF13-ün beynəlxalq şəhərsalma məsələlərinin müzakirəsi üçün vacib platforma olduğunu qeyd edib.

Məhəmməd Şahbaz Şərif tədbirdə şəxsi iştirakının mümkün olmadığını, lakin Pakistanın forumda yüksək səviyyədə təmsil olunmasını təmin etdiyini diqqətə çatdırıb.

Telefon danışığı zamanı tərəflər regional proseslər, xüsusilə də Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Pakistanın vasitəçilik rolunu və münaqişə tərəfləri arasında atəşkəsin təmin olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. Dövlət başçısı bu fəaliyyətin Pakistan rəhbərliyinə beynəlxalq səviyyədə olan güclü etimadın göstəricisi olduğunu bildirib.

Tərəflər əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Pakistan Baş naziri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. Dövlət başçısı dəvəti minnətdarlıqla qəbul edib.

Tarix
2026.05.12 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Forumda sənədlər mübadilə edildi - Foto

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla