Yuxarı

Azərbaycanı həqiqi dost ölkə hesab edirik - Vuçiç

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanı həqiqi dost ölkə hesab edirik - Vuçiç

Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir.

Axar.az xəbər verir ki, bunu Serbiyanın Prezidenti Aleksandr Vuçiç Azərbaycana səfəri çərçivəsində sahibkarlarla işgüzar görüşü zamanı deyib.

Prezident ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafından danışıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirilən görüşdə gələcək əməkdaşlıq üçün yeni istiqamətlər müzakirə olunub və danışıqlar məhsuldar keçib.

Aleksandr Vuçiç Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılmasının əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib. Onun sözlərinə görə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Prezident Azərbaycan və Serbiya turizm şirkətləri arasında əlaqələrin artırılmasının vacibliyini vurğulayıb.

Aleksandr Vuçiç Azərbaycan biznes nümayəndələrini Serbiyada yeni investisiya imkanlarını araşdırmağa çağırıb. O, xüsusilə pərakəndə ticarət, spa və dağ kurortları, eləcə də kənd təsərrüfatı məhsulları sahəsində əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Tarix
2026.05.17 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla