Yuxarı

Axar.Az Logo

İndi məsuliyyət partiyalarındır - Azay Quliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT PA-nın Seçki Müşahidə Missiyasının rəhbəri Azay Quliyev bu gün Makedoniyanın paytaxtı Skopyedə mətbuat konfransı keçirərək 11 dekabr parlament seçkilərinin nəticələri barədə bəyanatla çıxış edib.

Axar.az xəbər verir ki, Azay Quliyev onlara həvalə edilən mandat daxilində hər hansı problem olmadan və effektiv fəaliyyət göstərdiklərini deyib:

“Apardığımız müşahidələrin nəticələrinə əsasən, xüsusi kordinator Roberto Battellinin söylədikləri ilə həmfikirəm. Müşahidələr əsasən müsbət və bəzi hallarda qeyri-müsbət məqamlarla xarakterizə olunan qarışıq mənzərəni göstərdi. Misal üçün, biz, vaxt azlığı şəraitində “seçki mexanizminin” yaxşılaşdırılması istiqamətində konkret addımların və səylərin atılmasını gördük. Buna nail olmaq istənilən ölkədə çətindir. Bununla belə, irəliləyiş qeydə alındı. “Seçki mexanizminə” aid əsas çətinliklər, o cümlədən, Dövlət Seçki Komissiyasının fəaliyyəti ilə bağlıdır. Digər müsbət məqamlar seçicilərin qeydiyyatı, şikayət və apellyasiya proseduru ilə bağlıdır. Qeyd olunan istiqamətlər üzrə əldə olunan irəliləyiş davam etməlidir. Media, seçkilərin təşkili, məhkəmə sistemi kimi vacib sahələr üzrə əldə olunan irəliləyiş aşağı səviyyədə olub, hansı ki, bunlar Przino Anlaşmasında da nəzərdə tutulmuşdu”.

Seçki günündə yüksək seçici fəallığının olduğunu vurğulayan Azay Quliyev bu halın seçicilərin ölkədə uzun müddətdir ki, davam edən siyasi böhrana son qoyulmasını istədiklərinin, eləcə də ölkələri və gələcək nəsillər üçün daha yaxşı gələcək arzuladıqlarının göstəricisi olduğunu bildirib:

“Mən siyasi gücləri və bütün maraqlı tərəfləri seçicilərin bu açıq səsinə qulaq asmağa çağırıram, çünki onlar cəmiyyətin gözləntisinə hörmətlə yanaşmalıdırlar. Müsbət məqamlar və qazanılan nəticələr ümumiləşdiriləcək davamlı mexanizmə çevrilməlidir. Bir az əvvəl qeyd etdiyim ki, xüsusilə media və məhkəmə hakimiyyəti sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırılması və bu sahələrdə köklü islahatların aparılması istiqamətində aidiyyəti qurumlar iş görməlidirlər. Bu cəmiyyətin bütün sektorları arasında qarşılıqlı inam və etibarlığın möhkəmləndirilməsinə kömək edəcək. Nəhayət, ən əsası, siyasi güclər iddia etdikləri kimi sahib olduqları siyasi müdrikliyi nümayiş etdirməlidirlər”.

ATƏT-in vitse-prezidenti Azay Quliyev siyasi güclərin əldə olunmuş proqresin itirilməməsi üçün daxili və xarici siyasət prioritetləri üzərində mövqelərini yaxınlaşdırmasının vacibliyini qeyd edib: “Yekunda, mən bir daha vurğulamaq istərdim ki, indi məsuliyyət siyasi partiyaların üzərinə düşür. Vətəndaşların səsi eşidilməlidir. Gözlənilən bu addım siyasi partiyaların əldə etdikləri mandatından düzgün istifadə edilməsi və bizim tövsiyyələrimizin həyata keçirilməsi kimi qiymətləndiriləcək”.

Tarix
2016.12.12 / 21:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimiz ABŞ-da korrupsiya ilə bağlı dəlillər təqdim etdi

Bakı ilə əməkdaşlığa xitam vermək... - ABŞ

Əliyevin bu müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

Bayramov Abdullahianla nələri müzakirə etdi?

Huk Tiflisdə, Armen ABŞ-da; Obrayen isə Bakıya gəlir

Borrellin fikirləri qəbuledilməzdir - XİN

Türkiyə İsveçin üzvlüyünə mane olmayacaq - Obrayen

Azərbaycan və İran admiralları Bakıda görüşdü - Foto

Ərdoğanın müavini PA-da - Görüş keçirildi

KTMT-dən Cənubi Qafqazla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla