Yuxarı

Prezidentə təbrik məktubları gəlməkdə davam edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentə təbrik məktubları gəlməkdə davam edir

Prezidet İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

Axar.az Prezidentin rəsmi saytına istinadən təbrik məktubların təqdim edir:

Rusiya Federasiyasının Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri Maqomedəli Maqomedov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi 55 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Azərbaycan Sizin rəhbərliyinizlə yüksək dərəcədə inkişaf etmiş müasir ölkəyə çevrilib. Siz böyük nüfuz və insanların hörmətini qazanmısınız. Siz atanız Heydər Əliyevin işini ləyaqətlə davam etdirirsiniz.

Sizə möhkəm cansağlığı, Azərbaycanın daha da inkişaf etdirilməsi, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi istiqamətində fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

***

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Zati-aliləri,

İcazə verin, doğum gününüz münasibətilə Sizə rifah, xoşbəxtlik, bütün işlərinizdə uğurlar arzularımı ifadə edim. Ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin davam etdirilməsi və gələcək inkişafı naminə gördüyünüz işlərə görə Sizə səmimi təşəkkürlərimi bildirirəm.

Sizinlə tanışlıq və ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi, eyni zamanda, əhəmiyyətli regional və qlobal məsələlərlə bağlı Zati-alinizlə birlikdə çalışmaq mənim üçün şərəf və imtiyazdır. Ümid edirəm ki, tezliklə Sizi Bosniya və Herseqovinada salamlamaq üçün imkan yaranacaqdır.

Gələcək illərdə Sizə böyük nailiyyətlər arzu edirəm".

***

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Zati-aliləri,

55 illik yubileyiniz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə möhkəm cansağlığı, nikbinlik, Azərbaycan Respublikasının firavanlığı və sabitliyi naminə bütün təşəbbüslərinizdə yeni uğurlar arzulayım.

Sizə və yaxınlarınıza səmimi firavanlıq arzuları ilə".

Tarix
2016.12.27 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

Prezidentlər arasında məktub mübadiləsi...

Mehmanın Mehdiyev və FSB etirafı – Niyə “rusca”?

Zülfüqarov ABŞ-dakı insidentdən nələr dedi...

Prezident mühafizəçiləri onları niyə və necə döydü? - Video

Prezident Sülh Şurasının ilk iclasında... - Video

Əliyev Trampın təklifini buna görə qəbul etdi - Rusiyadan baxış

MM bu konvensiyanı ratifikasiya etdi

Dostum Eminlə nə baş verir? - Sabiq millət vəkili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla