Yuxarı

Fələstin baş nazirinin müavini Bakıya gəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin Baş nazirinin müavini Ziyad Əbu Amr martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, Ziyad Əbu Amrin forumda terrorizmlə mübarəzəyə dair çıxışı nəzərdə tutulub.

“Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?” adlı paneldə Ziyad Abu Amr müasir dövrdə terrorizmlə mübarizədə qalib gəlməyin yolları, strategiyası barədə fikir və təkliflərini bildirəcək.

Terrorizmlə mübarizəyə həsr olunmuş panel müzakirələrdə Fələstin Baş nazirinin müavini ilə yanaşı, İordaniya Senatının Prezidenti Faysal əl-Fayez, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Səudiyyə Ərəbistanı şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal və digər ictimai-siyasi xadimlərin iştirakı nəzərdə tutulub.

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Tarix
2017.02.22 / 16:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla