Yuxarı

Bu əməliyyatlar Bakıda keçirilməlidir – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşlarımızın orqan və toxuma transplantasiyası əməliyyatlarının ölkəmizdə aparılması üçün imkanları daha da genişləndirməliyik.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında” və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub olan və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı” haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Gözün buynuz qişası toxumalarının ölkəyə gətirilməsinə icazə verilməsinin önəmini vurğulayan millət vəkili bildirib ki, bununla da bu əməliyyat üçün vətəndaşlarımız artıq xarici ölkələrə üz tutmaycaqlar.

Millət vəkili ürək və qan-damar əməliyyatları üçün vacib olan toxumaların ölkəyə gətirilməsinə icazə verilməsini də təklif edib:

“Cənab Prezidentin də Bakıda açılışında iştirak etdiyi Ürək Mərkəzində ən mürəkkəb ürək əməliyyatları yüksək səviyyədə həyata keçirilə bilər. Ürək qapağının infeksiyalaşması, endokardit, uşaqlarda bir sıra mürəkkəb ürək əməliyyatlarında istifadə olunan toxuma, homoqreft, qapaq və damarların ölkəyə gətirilməsinə icazə verilməsi çox vacibdir. Eyni məsələ oynaq toxumaları ilə də bağlıdır”.

Q.Paşayeva bildirib ki, bir sıra ölkələrdə homoqreft və toxumaların satışı rəsmi şəkildə həyata keçirilir:

“Onların rəsmi qaydada ölkəyə gətirilməsi bu istiqamətdə əməliyyatların həyata keçirilməsi üçün həyati vacibdir. Biz çalışmalıyıq ki, vətəndaşlarımız orqan və toxuma köçürülməsi üçün xaric üz tutmasın və bu əməliyyatları ölkəmizdə həyata keçirə bilsinlər. Bunun üçün də qanunvericilikdə bu istiqamətdə əlavə və dəyişiklərin edilməsinə ehtiyac var”.

Tarix
2017.04.25 / 16:36
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla