Yuxarı

Moskvada kritik Qarabağ danışıqları: Nə gözlənilir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda parlament seçkilərinin ab-havası bütün hallarda Moskva görüşünə təsir göstərəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Ermənistanda real kompromisə hazır olan qüvvələrin məğlubiyyəti müharibə ritorikasından istifadə edən siyasi elitanın növbəti görüşdə də kompromisə meyilli olmayacağını göstərir:

“Hər halda bütün əlamətlər görüşün asan olmayacağından xəbər verir. Ermənistan və onu dəstəkləyən Minsk Qrupu danışıqların istiqamətini atəşkəs rejiminin möhkəmlənməsinə yönəltməyə çalışır. Azərbaycan isə gündəlikdən razı deyil və konkret məsələlərin müzakirəsini tələb edir. Əgər Bakı gündəliyin bu cür tərtib olunmasına nail olmasa, onda real dəyişikliklər gözləmək çətindir. Görüş və ondan sonrakı gün hər şey bəlli olacaq. Konstruktiv mövqelər üstünlük təşkil etsə və deokupasiya məsələləri qabarıq şəkildə əksini tapsa, onda danışıqlar prosesinin məhsuldarlığının artmasından danışa bilərik. Bu zaman müharibə ehtimalları da azalacaq. Əks təqdirdə, aydındır ki, cəbhədə vəziyyət gərginləşəcək”.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü aprelin 28-də Moskvada baş tutacaq.

Tarix
2017.04.27 / 14:08
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla