Yuxarı

ATƏT-dəki nümayəndəlik: "Türkiyədəki referendum..."

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Türkiyə rəhbərliyini və qardaş Türkiyə xalqını uğurlu şəkildə azad, ədalətli və demokratik referendum münasibətilə təbrik edirik.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Türkiyədə keçirilmiş referendumla bağlı ATƏT Daimi Şurasına müraciətində deyilir.

Müraciətdə bildirilir ki, seçkilərdə seçici fəallığının yüksək səviyyədə olması Türkiyə xalqının demokratik yetkinliyini göstərir və onların Konstitusiya dəyişikliklərini dəstəklədiklərini nümayiş etdirir: “Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda da deyildiyi kimi, referendumun nəticəsi xalqın Türkiyə rəhbərliyinə inam və etimadının, onların Türkiyə rəhbərliyinin uğurlu siyasətinə verdiyi qiymətin göstəricisidir. Bu referendumla qardaş ölkədə yeni mərhələ başlayır, stabil və güclü Türkiyənin beynəlxalq aləmdəki mövqeyi və rolu güclənir. Azərbaycan prezidenti bildirib ki, birgə səylər nəticəsində Azərbaycan və Türkiyə arasında xüsusi dostluq və strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın rifahı və ölkələrimizin maraqları naminə genişlənməyə və güclənməyə davam edəcək”.

Tarix
2017.04.28 / 12:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla