Yuxarı

Müdafiə nazirləri Tiflisdə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:37

Mayın 23-də Batumi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab Levan İzoria və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşık arasında üçtərəfli formatda görüş keçirilib.

Axar.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.

Nazirlər hərbi, hərbi təhsil və hərbi tibb sahəsində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və bir sıra qarşılıqlı maraq doğuran digər istiqamətləri də nəzərdən keçiriblər.

Görüşün yekunlarına dair birgə protokol imzalandıqdan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Tarix
2017.05.23 / 15:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla