Yuxarı

Elmar Məmmədyarov Nyu Yorkda - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorka səfəri çərçivəsində ABŞ dini icmalarının liderləri və yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az verilən məlumata görə, görüşdə E.Məmmədyarov tolerantlıq və multikulturalizmin ölkəmizdə tarixən mövcud olduğunu və fəxrlə nəsildən-nəslə ötürüldüyünü qeyd edib.

Xalqımızın tolerantlıq ənənələrindən bəhs edən E.Məmmədyarov qədim zamanlardan müxtəlif konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində ölkəmizdə dinc yanaşı yaşadığını bildirib və hazırda konfessional rəngarəngliyin ölkəmizin sosial həyatında xüsusi yer tutduğunu əlavə edib və son illər Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə həsr edilmiş çoxsaylı qlobal tədbirlərin keçirilməsinin ənənəyə çevrildiyini vurğulayıb və bu xüsusda Azərbaycanın BMT-nin Sivilizasiyaların Alyansı üzrə VII Qlobal Foruma ev sahibliyi etdiyini əlavə edib.

Daha sonra nazir E.Məmmədyarov Amerika Yəhudi Təşkilatının üzvləri, həmçinin Əsas Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının üzvləri ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Görüşlərdə Azərbaycanın Amerika yəhudi təşkilatları ilə əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu. Nazir Azərbaycan yəhudi icmasının illər boyu ölkəmizdə sülh şəraitində dinc yanaşı yaşadığını və yaxından cəmiyyətə inteqrasiya olunduğunu qeyd edib.

Nazir E.Məmmədyarov Azərbaycan hökuməti tərəfindən dözümlülük və multikulturalizmin təşviqinə xüsusi diqqət ayrıldığını deyərək, 2016-ci ilin ölkəmizdə Multikulturalizm ili, 2017-ci ilin isə İslam Həmrəyliyi ili elan olunduğunu deyib. E. Məmmədyarov ölkəmizin ev sahibliyi etdiyi İslam Həmrəylik Oyunlarının uğurla başa çatdığını diqqətə çatdırıb.

Tarix
2017.05.27 / 16:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla