Yuxarı

İlham Əliyev Həsən Ruhaniyə zəng etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 29-da Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.

Axar.az xəbər verir ki dövlətimizin başçısı Həsən Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar İran prezidentinə və xalqına təbriklərini çatdırıb, Həsən Ruhaniyə prezidentlik fəaliyyətində uğurlar, İran xalqına firavanlıq və inkişaf arzularını ifadə edib.

Həsən Ruhani göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində müqəddəs Ramazan ayı və 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, xalqımıza firavanlıq diləklərini çatdırıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin bir çox aspektləri, o cümlədən regionda təhlükəsizlik məsələləri, Şimal-Cənub dəmir yolunun tikintisi, neft-qaz sahəsində əməkdaşlıq, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Azərbaycan-İran əlaqələri müstəqillik dövründə uğurla inkişaf edib və xüsusilə son dörd il ərzində ən yüksək səviyyəyə qalxıb. Bildirilib ki, prezidentlər səviyyəsində bir çox qarşılıqlı səfərlər həyata keçirilmiş və bir sıra çox önəmli müqavilələr imzalanıb. Əldə edilmiş bütün razılaşmalar və imzalanmış sənədlər uğurla icra olunur.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Tarix
2017.05.29 / 21:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla