Yuxarı

Xəzərin hüquqi statusu 80 faiz razılaşdırılıb - Nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərin hüquqi statusu ilə bağlı yekun sənəddə 80 faiz razılaşma əldə edilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov RİA-ya müsahibəsi zamanı bildirib.

“Xəzərin hüquqi statusunun təyin edilməsi ilə bağlı XİN müavinləri səviyyəsində işçi qrup fəaliyyət göstərir. Yekun sənədin qəbul olunması mərhələsinə keçilməsə də, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti formalaşır. Yekun sənədin 70-80 faizi artıq razılaşdırılıb”.

Elmar Məmmədyarov Xəzər dənizinin tərəfləri ayıran yox, birləşdirən bir dəyər olduğunu bildirib:

“Müsbət hal odur ki, Xəzəryanı ölkələr səylərini birləşdirərək addım-addım nəticəyə yaxınlaşır. Xəzərin hüquqi statusu hələlik təyin olunmasa da, flora və faunanın qorunması, fövqəladə vəziyyətlərdə qarşılıqlı yardım, terrorçuluqla mübarizə və digər sahələrdə artıq hüquqi baza formalaşdırılıb. Bu baza bizə Xəzərin hüquqi statusunun təyin olunması məsələsində irəliləyiş etmək üçün əsaslar verir”.

Tarix
2017.07.17 / 16:11
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla