Axar.az
Yuxarı

Bu, Rusiya tərəfindən sui-qəsd planıdır – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus dilinin keçmiş SSRİ məkanında ikinci dövlət dili kimi qəbul edilməsi istəyi xalqların suverenliyinə sui-qəsddir.

Bu sözləri Axar.az-a Rusiyanın son zamanlar rus dilindən MDB ölkələrinə təsir vasitəsi kimi istifadə etmək cəhdlərini şərh edən politoloq Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rusiya keçmiş SSRİ ərazisində yenidən təsirini bərpa etmək istəyir:

“Ancaq Rusiyanın məqsədi sosialist ictimai quruluşlu, xalqların bərabərhüquqlu yaşamasını qarşıya məqsəd qoymuş SSRİ yaratmaq deyil. Bu ideyanı gerçəkləşdirmək üçün Rusiya yeni imperializm ideyasını və siyasətini irəli sürür. Bunun üçün müxtəlif metodlardan istifadə etməkdən də çəkinmir. O, dövlətlər arasında milli münaqişələr yaradır, bu münaqişələri idarə edir, hətta həmin münaqişələrdən bəzi suveren respublikalara təzyiq aləti kimi də yararlanır”.

Q.Hüseynli MDB dövlətlərinin rus dilini rəsmiləşdirməklə özlərinə sui-qəsd hazırladıqlarını söyləyib.

“Son zamanlar isə Rusiya bu ideyasını həyata keçirmək üçün dil və əlifba ideyasını ortaya atıb. İddia edirlər ki, rus dilinin keçmiş SSRİ məkanında ikinci dövlət dili kimi qəbul edilməsi zəruridir. Guya bu, həmin ölkələrdə yaşayan rusdilli xalqların hüquqlarını müdafiə etmək üçün vacibdir. Əslində isə bu iddialar tamamilə uydurma və hüquqi əsası olmayan ideyadır. Eləcə də kiril əlifbasından istifadə haqqında irəli sürülən məsələlər də bu qəbildəndir. Çünki bu ideyalar tamamilə özünü doğrulda bilməyəcək iddiadır. Yalnız bunu qeyd etmək kifayətdir ki, latın qrafikalı, yaxud başqa əlifbalara keçmiş xalqlar həmin əlifbaların möhkəmlənməsi, formalaşması, latın qrafikalı əlifbada milli ədəbiyyatın, tədris vasitələrinin yaradılması istiqamətində xeyli maliyyə vəsaiti və əmək sərf ediblər. Heç bir dövlət qanuni əsası olmayan ideyalarla çıxış edən Rusiyanın fikirlərinə qulaq asmayacaq. Kimsə deyirsə ki, biz öz tarixi əlifbamızdan imtina etməliyik, bu, mümkün deyil və beynəlxalq hüquq normalarına zidd olan addımdır. Rusiyanın tələb etdiyi rəsmi dil statusu köhnə SSRİ ərazisində yaşayan xalqların suverenliyinə sui-qəsddir”.

Qeyd edək ki, son zamanlar Rusiya MDB ölkələrində rus dilinə rəsmi status qazandırmaq üçün aktivləşib. Moskva həmçinin kiril əlifbasını da MDB ölkələri ərazisində rəsmiləşdirmək niyyətini ortaya qoyub.

Hazırda rus dili MDB-nin bəzi ölkələrində əsas, bəzilərində müəyyən məhdudiyyətlərlə tətbiq olmaqla ikinci rəsmi dil statusu alıb. Bu ölkələr sırasında Rusiya, Belarus, Qazaxıstan, Ukrayna, Moldova, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və MDB-nin bütün qondarma rejimləri (qondarma Dağlıq Qarabağı çıxmaq şərti ilə - red.) yer alıblar.

Tarix
2017.07.19 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan Pakistanı təbrik etdi

Bu istiqamətlərdə döyüşlər gedir - Baş Qərargah

Prezident: İrəvanın buna dəxli yoxdur, bizim işimizdir!

İstənilən zaman əməliyyat apara bilərik - Prezident

Şərqi Zəngəzur və Qarabağda kənd təsərrüfatı... - Prezident

Prezident “Qisas”dan danışdı - İrəvana xəbərdarlıq

Qafanda İran konsulluğu; ermənilərin Əliyevə müraciəti...

Türkiyə-Ermənistan müzakirələrinin detalları...

İran Qafanda konsulluq açdı: Deputatdan cavab

Bakıdakı Rus İcmasından Klintseviçə möhtəşəm məktub

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla