Yuxarı

Sərkisyandan hiyləgər gediş: Yeganə hədəf…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan prezidentinin Azərbaycana səfəri Ermənistanda da diqqətlə izlənilir.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi işğalçılıq siyasəti ucbatından əli bütün iri regional layihələrdən üzülən İrəvanın gözünü türkmən qazına dikdiyini bildirib:

“Ermənistan türkmən qazını İrandan alaraq Gürcüstan üzərindən Avropaya çatdırmaq istəyir. Bu ideyanın utopiya olmasına baxmayaraq, İrəvan ümidini itirmir. Məsələn, Sərkisyan Ruhaninin andiçmə mərasimində iştirakından istifadə edərək iranlı həmkarı ilə söhbətində İran-Türkmənistan-Ermənistan formatından da söz açıb. Bu formatın yeganə hədəfi qazdır.

Bundan əvvəl isə Ermənistanın baş naziri Karen Karapetyan bu ilin yanvarının eyni günündə həm İranın, həm də Türkmənistanın İrəvandakı səfirləri ilə görüşüb. Böyük ehtimalla, mövzu yenə eyni olub. Türkmənistan qazının İran və Ermənistan üzərindən Avropaya daşınması ideyası utopiya olsa da, rəsmi Bakı diplomatik kanallarla Aşqabad, Tehran və yaxın müttəfiqi Tiflisə mesaj göndərməlidir ki, Azərbaycanın maraqlarının əleyhinə addım atmasınlar. Azərbaycanın maraqlarını isə onlar yaxşı dərk edirlər: Ermənistan işğala son qoymayana qədər bütün regional layihələrdən təcrid olunmalıdır”.

Tarix
2017.08.09 / 12:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla