Yuxarı

İrəvan çıxılmaz vəziyyətdə: ABŞ həqiqətləri açır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı həmsədrin Qarabağla bağlı son açıqlaması gündəmdə olan və bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən bir amildir. Çünki həmin fikirlər BMT Təhlükəsizlik Şurasının qətnaməsində öz əksini tapıb.

Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkili hesab edir ki, sözügedən bəyanatın Ermənistanda narahatlıqla qarşılanmasının bir neçə səbəbi var:

“Ermənistan öz oyunlarını davam etdirmək və erməni ictimaiyyətini aldatmaq üçün tamamilə başqa xülyalar içərisindədir. Amerikalı həmsədrin son bəyanatı Ermənistanda ciddi təşvişə və narahatlığa səbəb olub. Çünki ABŞ-ın qəti mövqeyi İrəvanı Azərbaycan torpaqlarını azad etmək gerçəkliyi qarşısında qoyur. Düşünürəm ki, ATƏT-in Minsk Qrupunun əsas işi bu gün sülhə nail olmaqdır. Bunun üçün də torpaqlarımız azad edilməlidir.

Ermənistan hər zaman beynəlxalq ictimaiyyəti aldadıb. Bu gün faktiki olaraq dünya Ermənistandan işğal olunmuş Azərbaycan ərazilərini azad etməyi tələb edir”.

Millət vəkili bildirib ki, İrəvan müstəqil qərar vermək iqtidarında deyil:

“Ermənistan indi də belə bir oyun oynayır ki, guya həm Avropa Birliyi, həm də NATO ilə əməkdaşlığa hazırdır. İrəvan bununla belə bir görüntü yaradır ki, guya Ukrayna, Moldova və Gürcüstana verilməyən imkanlar Ermənistana verilir. Bu da erməni diasporunun bir sıra Avropa ölkələrinin və ABŞ-ın siyasətinə təsirindən qaynaqlanır. Ancaq indi ABŞ-da iqtidarda olan qüvvələrin ermənin diasporu ilə bağlılığı olmadığından bütün həqiqətlər açılmağa başlayıb”.

Tarix
2017.09.02 / 09:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla