Yuxarı

“Sərkisyan özünü bütün dünyada biabır etdi”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Serj Sərkisyan BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı ilə həyasızlığın, abırsızlığın ən yüksək səviyyəsinə qalxdı.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatında deyib.

Ə.Həsənov bildirib ki, S.Sərkisyan bu çıxışı ilə özünü bütün dünya qarşısında biabır etdi: “Sən bir ölkənin ərazisinin 20 faizini işğal et və sonra bu ölkəyə irad tut. Bu nə deməkdir?! Bu çıxışla Sarkisyan özünə nifrət qazandı və özünü bütün dünya ictimaiyyəti qarşısında biabır etdi. O tərbiyəsizliyini, mədəniyyətsizliyini və etik normalara əməl etmədiyini göstərdi. Sərkisyan çıxış edərkən əzilir, büzülür, xof içində idi. Günahkar insanlar necədir, elə idi”.

Baş nazirin müavini bildirib ki, Sərkisyan çıxışı ilə insanlığın ən aşağı səviyyəsinə düşdü.

O qeyd edib ki, hər iki xalq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən yorulub.

Ə.Həsənov deyib ki, ermənilər Sərkisyan-Köçəryan rejimindən canlarını qurtarmalıdırlar:

“Onlar heç zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə razı olmayacaqlar, çünki onlar Azərbaycan ərazilərini işğal etməklə, xalqımızın qanını tökməklə hakimiyyətə gəliblər”.

Tarix
2017.09.21 / 12:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla