Yuxarı

Qarabağı istəyirlər? Onda Dərbənd, Borçalı, Təbrizi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı dövlətlər o qərara gəlsələr ki, öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyündən üstündür, onda Azərbaycan Avropada Almaniya, Böyük Britaniya, Fransa, İtaliyadan sonra ən böyük dövlətə çevrilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazov Musavat.com-a geniş açıqlamasında bildirib. Politoloqun fikrincə, hazırda dünyada parçalanmış millətlər sırasında birinci yerdə məhz Azərbaycandır.

E.Namazov qeyd edib ki, bölgədə 40 milyonluq Azərbaycan xalqı yaşayır və bunun ancaq 10 milyonu öz dövlətində məskunlaşıb:

“Azərbaycanın sərhədlərində, həm Cənubi Azərbaycanda, həm Gürcüstanda, həm Dağıstanda milyonlarla azərbaycanlı kompakt yaşayır. 40 milyonluq azərbaycanlının 30 milyonu bizim sərhədlərimizdə kompakt yaşayır. Əgər dünya ictimaiyyəti, aparıcı dövlətlər o qərara gəlsələr ki, öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyündən üstündür, onda Azərbaycan Avropada Almaniya, Böyük Britaniya, Fransa, İtaliyadan sonra ən böyük dövlətə çevrilə bilər. Ona görə bu prinsiplə bizə heç kim hədə-qorxu gəlməsin!”

E.Namazovun sözlərinə görə, Azərbaycan sadəcə olaraq istəyir ki, beynəlxalq hüquq normaları dəqiq olsun və buna hamı riayət eləsin:

“Biz ərazi bütövlüyü prinsipini dəstəkləyirik, ona görə ki, bu, beynəlxalq hüquq normasının prinsipidir. Ancaq referendumlara qalsa, elə Ermənistandan deportasiya olunmuş azərbaycanlılara da həmin hüquq şamil olunmalıdır, Azərbaycanın sərhədlərində kompakt yaşayan 30 milyona yaxın azərbaycanlıya da. Ona görə də bizim həm Qarabağla bağlı aparılan danışıqlarda mövqeyimiz sərt olmalıdır, həm də beynəlxalq təşkilatlarla apardığımız müzakirələrdə bu məsələdə biz daha ardıcıl olmalıyıq. Necə ki, vaxtilə Bağırov “biz etiraz etmirik, gəlin, bu məsələyə də baxaq, digərinə də” deməklə bu məsələni gündəmdən çıxartdı. Biz o cür sərt, eyni zamanda beynəlxalq hüquqa söykənən mövqeyi ortaya qoymalıyıq”.

Tarix
2017.10.14 / 10:47
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla