Yuxarı

İrəvan ABŞ-ın sanksiyaları altına düşür

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın məqsədi Rusiya hərbi sənayesinə zərbə vurmaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında ABŞ-ın Rusiyanın müdafiə sənayesinə qarşı yeni sanksiyalar hazırlaması ilə bağlı danışan politoloq Şahin Cəfərli deyib. Politoloq bildirib ki, ABŞ-ın siyahısına düşən şirkətlərin böyük əksəriyyətinə daha əvvəl sanksiya tətbiq edilib:

“ABŞ Dövlət Departamenti Konqresin yeni sanksiya qanununun tələbinə uyğun olaraq Rusiya müdafiə sənayesinə aid 33 şirkətin siyahısını hazırlayıb. Rusiya hərbi-sənaye kompleksinin demək olar ki, bütün iri şirkətləri siyahıya salınıb. Bu şirkətlərlə iri sövdələşmələrə gedən başqa ölkələr və qurumlar sanksiyaların təsirinə məruz qalacaq. Burada bir az qeyri-müəyyənlik var. Çünki Rusiya ilə konkret neçə milyon dollarlıq razılaşmanın sanksiya altına düşəcəyi məlum deyil, qanunda yalnız “iri tranzaksiyalar” yazılıb. Seçim etmək və qərar vermək Dövlət Departamentinin öhdəsinə buraxılıb. Lakin Konqres bu prosesə ciddi nəzarət edəcək ki, hökumət qanunun yanından keçməyə çalışmasın”.

Politoloqun sözlərinə görə, Ermənistan da ABŞ-ın sanksiyasına məruz qala bilər:

“İşğlaçı Rusiyadan külli miqdarda silah alır. Eləcə də Türkiyənin Rusiya ilə S-400 anlaşması reallaşacağı təqdirdə Ankara sanksiya altına düşə bilər. Ümumilikdə bu qanunu hazırlayan senatorların məqsədi Rusiya hərbi sənayesinə zərbə vurmaq və onu inkişafdan saxlamaqdır. Rusiya iqtisadiyyatının başqa sahələri ilə bağlı da analoji siyahılar hazırlanacaq. Proses hələ indi başlayır”.

Qeyd edək ki, ABŞ Rusiya müdafiə sənayesinə qarşı yeni sanksiyalar hazırlayır. Tillerson artıq sanksiyaların tətbiq olunacağı müəssisələrin siyahısını hazırlayıb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert siyahıya salınacaq şəxslərin adlarının hələlik gizli saxlanıldığını bildirib.

Tarix
2017.10.29 / 10:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla