Yuxarı

Əliyevin Ərdoğanla görüşdə İrəvan və Avropaya - Mesajı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan iki gündə iki önəmli layihə ilə - Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı və Şimal-Cənub nəqliyyat xəttinin tikintisiylə yadda qaldı.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçinin fikrincə, Qazaxıstan və Özbəkistan rəsmilərinin BTQ-nin açılışında iştirakı bu ölkələrin də öz mallarını Bakı-Tiflis-Qars yoluyla Avropa bazarlarına çatdırması istəyindən xəbər verirdi:

“Dəmiryolunun çəkilişinin 10 il çəkməsi Gürcüstan və Türkiyə ərazisindəki mürəkkəb relyeflə bağlı idi. Türkiyənin Bosfor boğazından dəmiryolu tikitisini başa çatdırması Pekinlə Londonu BTQ ilə birləşdirəcək. Bu dəmiryolunun işlək olması üçün Çinin öz mallarının bir hissəsinin bu yolla Avropaya daşıması lazımdır. Çin Avropaya ildə təxminən 500 milyon ton yük daşıyır. Bunlar iki yolla Avropaya çatdırılır. Birinci dəniz və okean, ikinci isə Rusiya ərazisindən keçən dəmiryoludur. Çinin Avropaya daşıdığı yükün cəmi 10 faizini BTQ-yə istiqamətləndirməsi kifayətdir ki, bu xətt tam gücüylə işləsin. BTQ dəniz yollarından qısadır. Digər tərəfdən Rusiya xəttində ləngimələr var. Bundan başqa, Rusiya ilə Avropa dövlətləri arasındakı soyuq münasibətlər də BTQ-ni Çin üçün münasib edir”.

Siyasi şərhçi hesab edir ki, layihənin cəlbedici olması üçün iki şərtin yerinə yetirilməsi vacibdir:

“Birincisi, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə yol boyu vahid tariflər tətbiq etməli və qiymətlər ucuz olmalıdır ki, bu, Çin şirkətlərinin BTQ-yə marağını artırsın.

İkincisi, Qazaxıstanla Azərbaycan arasında Xəzər üzərindən yük daşımada gecikmələrə yol verilməməlidir”.

Politoloq bu arada Bakıda Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan və Türkiyə prezidentinin görüşünü də dəyərləndirib:

“Prezidentlər iki ölkə arasındakı hərbi əməkdaşlığı da müzakirə etdilər. İlham Əliyev görüşdə Azərbaycanın Türkiyədən hərbi məhsullar aldığını, bundan sonra da alacağını diqqətə çatdırdı. Prezident bununla iki ünvana mesaj göndərdi: birinci ünvan işğalçı Ermənistan, ikincisi isə Avropadır. Yəni əgər Qərb dövlətləri Azərbaycana silah və hərbi texnika satmasa belə, bu, Azərbaycan üçün heç bir problem yaratmayacaq. Çünki Türkiyə kimi alternativ var”.

Bakıdakı tədbirdən iki gün sonra Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran görüşünə də toxunan politoloqun sözlərinə görə, Azərbaycanın status-kvo ilə barışmayacağı fikirlərinin Tehran və Moskvanın diqqətinə çatdırılmasına ehtiyac var:

“Azərbaycan torpaqları boşaldılmayana qədər Ermənistanın regional layihələrdə iştirakına icazə verməyək. Maraqlıdır ki, Tehran və Moskva Bakının bu arqumentinin əleyhinə çıxmır. Elə prezidentlərin Tehranda toplaşmalarının əsas məqsədi də o idi ki, Azərbaycandan keçən Şimal-Cənub dəmiryolunun tikintisinin mövcud vəziyyətini müzakirə etsinlər. Bakı-Tiflis-Qars və Şimal-Cənub layihələri Azərbaycanın bölgədəki iqtisadi və siyasi çəkisini artıracaq. Rusiyanın və İranın Ermənistanla münasibətləri yaxşı olsa da, hər iki dövlət reallıqdan çıxış edərək Azərbaycan marşrutuna üstünlük verdi. Hər iki layihənin geosiyasi əhəmiyyəti olduqca böyükdür. Deməli, Ermənistan getdikcə kasıblaşacaq”.

Tarix
2017.11.02 / 13:32
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla