Yuxarı

Putin-Əliyev görüşü: Sərkisyan təlimat almağa gedir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ermənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmadığı barədə heç bir rəsmi mövqeyə rast gələ bilməzsiniz.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Ərdoğan və Putinin birgə mətbuat konfransında Dağlıq Qarabağ məsələsi haqda danışmaması Soçidə bu məsələnin müzakirə masasında olmaması anlamına gəlmir:

“Dövlət başçıları ikitərəfli görüşlərdən sonra mətbuata yalnız açıqlanması mümkün olan məqamlardan danışırlar. Mühüm əhəmiyyət kəsb edən məsələlər heç vaxt mətbuata açıqlanmır. Əks təqdirdə dövlət başçılarının görüşlərinə ehtiyac qalmazdı, telekörpü vasitəsilə canlı yayımda müzakirə aparıb, mətbuatı da hər şeydən hali edərdilər. Ərdoğan-Putin görüşündə Dağlıq Qarabağ məsələsinin gündəmdə olduğu inkaredilməzdir”.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva səfərlərinə, Lavrovun isə Bakı və İrəvanda gözlənilən təmaslarına gəlincə, analitik hesab edir ki, bu trafiki yalnız Ərdoğan-Putin görüşü ilə əlaqələndirmək doğru olmazdı:

“Bildiyiniz kimi, Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran zirvəsində İlham Əliyevlə Vladimir Putin arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Hesab edirəm ki, münaqişənin tənzimlənməsi ilə bağlı sərgilənən diplomatik aktivlik ilk növbədə Azərbaycan və Rusiya prezidentlərinin Tehranda keçirilən görüşündən qaynaqlanır. Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri də çox güman ki, bu prosesə əlavə stimul verib”.

Bu arada Serj Sərkisyanın Moskva səfərinə toxunan analitik daha mühüm bir məqama da aydınlıq gətirib:

“Bunu sadəcə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqələndirməzdim. Serj Sərkisyan üçün hazırda prioritet məsələlərdən biri hakimiyyətinin ömrünün uzadılmasıdır. Sərkisyan İrəvanda baş verən proseslər müstəvisində növbəti addımlarını müəyyənləşdirmək üçün Moskvaya Putindən təlimat almağa gedib”.

Tarix
2017.11.15 / 14:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla