Yuxarı

Bakı niyə Trampın Qüds qərarını dəstəkləmədi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər hansı bir dövlətlə dostluq, müttəfiqlik beynəlxalq hüquqdan və milli maraqlardan daha üstün ola bilməz.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, Azərbaycanın Qüdsü İsrailin paytaxtı kimi tanımaması doğru addımdır.

“Çünki BMT-nin şəhərin üzərində beynəlxalq nəzarətə dair 1947-ci il 181 saylı qətnaməsi var. Biz BMT qətnamələrini heçə sayırıqsa, onda Qarabağa aid dörd qətnaməni də hesaba almamalıyıq. Digər tərəfdən, ABŞ-ın xarici siyasətindəki bu addım Amerikanın suveren hüququdur, baxmayaraq ki, bu hüquqdan istifadə doğru olmayıb, çünki ABŞ Təhlükəsizlik Şurasının daimi üzvü, İsrail-Fələstin danışıqlarında vasitəçi dövlətdir. Eyni zamanda, nə Fələstinlə dini bağlar, nə İsraillə dostluq ölkəmizin beynəlxalq hüquqa sadiqliyini dəyişdirməməlidir. Danışıqlar başa çatmamış, bu şəhəri paytaxt kimi tanımaq olmaz”.

Politoloq vurğulayıb ki, ABŞ-ın avropalı müttəfiqləri Mey, Merkel, Makron, həmçinin, Putin və Ərdoğan da Trampın qərarını tanımır:

“Söhbət beynəlxalq hüquqa hörmətdən gedir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayaraq səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verib.

Tarix
2017.12.10 / 12:55
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla