Yuxarı

Gənc alimlərdən İlham Əliyevə - Müraciət

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın gənc alimlərinin I qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ediblər.

Axar.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən dövlət siyasəti nəticəsində müstəqil Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkiaf edib, beynəlxalq aləmdə ölkəmizin strateji mövqeləri kifayət qədər möhkəmlənib.

Müraciətdə gənclər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində neft kapitalının insan kapitalına çevrilməsi hədəfinə nail olunduğunu və Azərbaycanın regionun lider dövlətinə çevrildiyini qeyd ediblər.

Bildirilib ki, ölkədə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən olan dövlət gənclər siyasəti nəticəsində gənc nəslin hərtərəfli inkişafı, yaradıcı və innovativ potensialının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların fəal iştirakının təmin olunması istiqamətində mühüm addımlar atılıb.

Müraciətdə intellektual gəncliyin biliklər iqtisadiyyatı quruculuğu sahəsindəki rolunun yüksəldilməsi, dövlət idarəçiliyinə cəlb olunması, təhsil və məşğulluq sahələrinə diqqətin artırılması istiqamətindəki tədbirlərin diqqətəlayiq olduğu vurğulanıb.

Qurultay iştirakçıları görülən bu işlərin, eləcə də milli dəyərlərə sadiq, yüksək bilik və bacarıqlara malik gəncliyin yetişməsi yönündə atılan addımlar və yaradılan şəraitin onlara böyük stimul verdiyini bildiriblər.

Sonda gənc alimlər dövlət siyasətini daim dəstəkləyəcəklərini, biliklər iqtisadiyyatı və vətəndaş cəmiyyətinin qurulması işində yaxından iştirak edəcəklərini, Azərbaycanın elmi potensialının dünyanın qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun qurulmasında səylərini daha da gücləndirəcəklərini qeyd ediblər.

Tarix
2017.12.15 / 14:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla