Yuxarı

İlham Əliyev beynəlxalq konfransda - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:46

Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edir.

Prezident İlham Əliyevin sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə əlaqədar keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.

Beynəlxalq konfransda 40-a yaxın ölkədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev konfransda çıxış edib.

Sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Müqəddəs Taxt-Tacın (Vatikanın), Konstantinopol Patriarxı I Varfolomeyin, Moskva və bütün Rusiya Patriarxı Kirillin, Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın konfrans iştirakçılarına müraciət məktubları oxunub.

Dünya müsəlmanları adından beynəlxalq konfrans iştirakçılarına müraciət edən İSESKO-nun baş direktoru Əbdüləziz Əl-Tuveycri İslam həmrəyliyi, dinlər və mədəniyyətlərarası dialoq işinin möhkəmləndirilməsində Azərbaycanın artan rolunu xüsusi vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış etdi. Prezident İlham Əliyevin elan etdiyi “Multikulturalizm İli”ni və “İslam Həmrəyliyi İli”ni Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsi olduğunu vurğulayan Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “İslam Həmrəyliyi İli” çərçivəsində bir çox ölkələrdə təşkil etdiyi beynəlxalq tədbirlər barədə məlumat verib.

Sonra xatirə şəkli çəkdirilib.

Tarix
2017.12.21 / 15:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla