Yuxarı

İlham Əliyev yəhudi komitəsinin prezidentini qəbul etdi - Yeniləndi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro Azərbaycanda yəhudi icmasının nümayəndələri üçün çox yaxşı şəraitin yaradıldığını qeyd edərək, bunun digər ölkələrə də nümunə olduğunu vurğulayıb.

Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüşlərin ənənəvi xarakter daşıdığını bildirən Prezident İlham Əliyev bu görüşlərin səmərəli olduğunu qeyd edib. Dövlət başçısı ölkəmizdə digər xalqların və icmaların nümayəndələri kimi yəhudi icmasının nümayəndələrinin də azad və firavanlıq şəraitində yaşaması üçün hər cür şəraitin təmin edildiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, yəhudi icmasının nümayəndələri Azərbaycan cəmiyyətinin fəal üzvləridirlər, öz ənənələrinə sadiqdirlər və ölkəmizin inkişafı, eləcə də Azərbaycan həqiqətlərinin dünyada yayılması işinə öz töhfələrini verirlər.

Dövlət başçısı bu gün Azərbaycanda multikulturalizmin və tolerantlığın hökm sürdüyünü və bu mühitin ölkəmizdə yaşayış norması olduğunu vurğulayıb.

Söhbət zamanı Azərbaycan-ABŞ və Azərbaycan-İsrail əlaqələrinin inkişafından razılıq ifadə olunub.

Tarix
2018.02.25 / 19:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla