Yuxarı

ABŞ konqresmenindən Azərbaycanla bağlı bəyanat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 24-də ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Stiv Koen bəyanatla çıxış edib və ABŞ-ın “Etnik Anlaşma Fondu” tərəfindən cari ilin 18 aprel tarixində Konqresdə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Axar.az-a verilən məlumata görə, bəyanatda daha sonra, Azərbaycan Respublikasında fəal yəhudi icmasının yaşadığı və əhalisinin çoxunun müsəlmanlardan ibarət olmasına baxmayaraq, Azərbaycanın İsrail ilə dost münasibətləri ilə seçilən ölkə olduğu bildirilib.

Bununla yanaşı, Sovet İttifaqından öz müstəqilliyini elan edəndən dərhal sonra, Azərbaycan Respublikasının 1992-ci ildən etibarən ABŞ-la güclü diplomatik münasibətlərə malik olduğu vurğulanıb. Azərbaycan Respublikasının İsrail dövləti ilə öz tərəfdaşlığını saxladığı və gücləndirdiyi bəyanatda qeyd olunub. Bəyanatda həmçinin, bu il Azərbaycan Respublikasının müsəlman dünyasında ilk demokratik respublika qurmasının yüz illiyinin qeyd olunduğu vurğulanıb.

Tarix
2018.04.26 / 09:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla