Yuxarı

Prezident və xanımı yaşayış kompleksinin açılışında

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.

Axar.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kompleksdə görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin ərazisində yaradılan şəraitlə tanış oldular.

Məlumat verilib ki, burada 1026 ailəlik 108 birotaqlı, 396 ikiotaqlı, 360 üçotaqlı, 162 dördotaqlı olmaqla 11 ikibloklu doqquzmərtəbəli yaşayış binası inşa olunub.

Dövlət başçısı və xanımı mənzillərə baxıblar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində inşa edilmiş 344 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Bildirildi ki, 220 yerlik ikimərtəbəli uşaq bağçası bütün lazımı avadanlıqla tam təchiz edilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 32 nömrəli köçkün tam orta məktəbində yaradılan şəraitlə də tanış oldular.

Məktəblə tanışlıqdan sonra dövlət başçısı məcburi köçkünlərlə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Tarix
2018.05.24 / 12:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla