Yuxarı

Paşinyana mesaj: Kreml Bakının əks-zərbəsinə göz yumdu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ və ya sərhədyanı regionlarda işğalçı Ermənistana qarşı müəyyən əməliyyatların bundan sonra da başlaması ehtimalı yüksəkdir.

Bu sözləri Axar.az-a Azərbaycan Ordusunun son Naxçıvan əməliyyatı ilə bağlı bəzi suallara aydınlıq gətirərkən siyasi ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Paşinyanın son zamanlar Ermənistanda hüquq-mühafizə sistemində ciddi dəyişikliklərə start verməsi Moskvanı qıcıqlandırıb:

“Rusiya Paşinyanın komandasının hakimiyyətə gəlməsinə və hər hansı formada Ermənistanda bütün situasiyanı nəzarətə götürməsinə çox sakit yanaşdı. Çünki elə zənn edilirdi ki, Paşinyanın komandası Rusiya ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olacaq. Paşinyan ilk xarici səfərini Rusiyaya edərək Putinlə görüşsə də, sonradan apardığı bir çox təyinatlar Moskvada qıcıq yaratdı. Belə ki, Paşinyan Ermənistanda bir neçə açar vəzifəyə heç vaxt antirusiya əhval-ruhiyyəsini gizlətməyən gənc kadrları təyin etdi. Açığı, Paşinyanın Ermənistanda hüquq-mühafizə sistemində ciddi dəyişikliklərə start verməsi Rusiyanın xoşuna gəlmir. Rusiya Ermənistanda təhlükəsizlik sektoruna nəzarət etməyə xüsusi önəm verir. Paşinyanın atdığı addımlar Moskvada ciddi qıcıq yaratdığından Rusiya Azərbaycanın Naxçıvanda apardığı əməliyyatlara qarışmadı. Bu fonda Dağlıq Qarabağ və ya sərhədyanı regionlarda işğalçı Ermənistana qarşı müəyyən əməliyyatların bundan sonra da başlaması ehtimalı yüksəkdir”.

Ekspert hesab edir ki, Azərbaycanın növbəti əməliyyatlarında Rusiyanın da rolu olacaq:

“Çünki Azərbaycan Ordusu son illər kifayət qədər güclənib. Dağlıq Qarabağda genişmiqyaslı əməliyyatların başlamaması məhz Rusiya faktoru ilə bağlıdır. Ancaq indi situasiya dəyişib. Əgər Rusiya bu dəfə də Azərbaycana mane olmasa, ordumuz daha kəskin addımlar atacaq. Bu nöqteyi-nəzərdən gələcəkdə Azərbaycan Ordusunun müəyyən əməliyyatlara başlaması ehtimalı artır. Ümumiyyətlə, Kremlin bir növ Naxçıvanla Paşinyana müəyyən mesajlar verdiyini və Ermənistanın yeni rəhbərliyini Rusiyanın maraqlarından kənar addımlar atmaqdan çəkindirməyə çalışdığını düşünürəm. Hesab edirəm ki, Rusiya Azərbaycanın növbəti əməliyyatlarına da qarışmayacaq və bu, Paşinyan hökumətinə növbəti mesaj xarakteri daşıyacaq. Nə qədər ki, Paşinyan hökuməti Rusiyanı qıcıqlandıracaq addımların sayını artıracaq, o zaman müttəfiqlərin araları da dəyəcək. Bu isə Azərbaycanın strateji maraqlarına uyğundur. Əgər Paşinyan Rusiyanın maraqlarını təmin edəcək addımlar atmasa və Avropa ilə intensiv şəkildə yaxınlaşsa, o zaman Rusiya Qarabağla bağlı Azərbaycana yaratdığı maneələri hissə-hissə aradan qaldıra bilər. Azərbaycanın müxtəlif kanallar vasitəsilə Rusiya ilə kifayət qədər sıx əlaqələri var”.

***

Günün əsas xəbərlərindən ibarət icmal:

Tarix
2018.06.11 / 16:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla