Yuxarı

Əliyev-Nazarbayev görüşü - Nə danışıldı?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:27

Aktauda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olub.

Axar.az xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev görüşdə çıxış edərək deyib:

- Sizin Aktauya gəlişinizlə bağlı sevincimizi bildiririk. İndi dəniz vasitəsilə biz çox yaxın olduq.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkəsində nəqliyyat sahəsində görülən işlərdən danışaraq Kurık və Lyanyunqan limanlarının açıldığını bildirib, Asiyadan Avropaya yüklərin tranziti ilə bağlı Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayaraq bildirib:

- Bugünkü görüş və nəhayət, bu Konvensiyanın imzalanması çox mühüm hadisədir. Xatırlayıram ki, Heydər Əliyev bunun üzərində çox güclü işləyib. Mən demişəm. Mən düşünürəm ki, indi o, bizim nəhayət, bu Konvensiyanı imzalamağımıza, bu çox mühüm məsələni həll etdiyimizə görə çox şad olardı. Mən Sizə böyük uğurlar arzulayıram.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

- Çox sağ olun, hörmətli Nursultan Abişoviç. Qardaş Qazaxıstan torpağında yenidən olmağımdan çox şadam. Mən birinci dəfə deyil ki, Aktaudayam və ilk növbədə, Sizi böyük nailiyyətlər, dəyişikliklər münasibətilə təbrik etmək istərdim. Şəhər dəyişib, müasirdir, xeyli müasir binalar var, infrastruktur, aeroport. Belə ki, bu, Qazaxıstanın və Qazaxıstan regionlarının dinamik inkişafının göstəricisidir. Əlbəttə ki, bu region həm coğrafi, həm tarixi, həm də Sizin burada həyata keçirdiyiniz infrastruktur layihələri baxımından bizim üçün çox yaxındır. Kurık limanının açılışı münasibətilə təbriklərimi çatdırıram. Əlbəttə ki, bunlar bizə daha sıx inteqrasiya etməyə imkan yaradacaq. Siz bilirsiniz ki, biz may ayında Ələt limanını açdıq. Yəni, bütöv nəqliyyat inteqrasiyası baş verib. Əlbəttə ki, bir-birimizin tranzit imkanlarından istifadə iqtisadi və siyasi nöqteyi-nəzərdən çox səmərəli olacaq. Xəzər çox mühüm nəqliyyat arteriyasına çevrilib və əlbəttə ki, bu gün Konvensiyanın imzalanması tarixi xarakterli sənəddir.

Bir çox mürəkkəb məsələlər üzrə konsensusun əldə edilməsində Sizin rolunuzu xüsusi qeyd etmək istərdim. Əlbəttə ki, Xəzərin bundan sonra da regionda sabitləşdirici rol oynaması üçün biz Konvensiyanın bütün müddəalarının yerinə yetirilməsinə səy göstərəcəyik. Bizim ikitərəfli münasibətlərimizə gəlincə, onlar çox dinamik inkişaf edir. Biz Sizin ötənilki səfərinizi xatırlayırıq. Nəticələr yaxşıdır, fəal əməkdaşlığın davam etdirilməsinə ümid edirik.

Tarix
2018.08.12 / 20:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla