Yuxarı

Azərbaycan Türkiyəyə dəstəyini davam etdirəcək - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə arasında bütün sahələrdə strateji müttəfiqlik gündən-günə güclənir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərinə də xüsusi önəm verir və bu əlaqəərin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir:

"Ölkəmiz, Türkiyənin iqtisadiyyatına sərmayə qoyuluşlarının davamı ilə yanaşı, Türkiyə iqtisadiyyatında yaxından iştirakını davamlı olaraq artırmaqdadır. Azərbaycan Türkiyənin öz növbəsində son illər həyata keçirdiyi meqa-layihələrin yaxın zamanlarda Türkiyənin və regionun iqtisadiyyatı və təhlükəsizliyinə əlavə imkanlar təmin edəcəyini hesab edir və sarsılmaz Türkiyə iqtisadiyyatının gələcəyinə tam əmindir.

Azərbaycan hər zaman olduğu kimi, bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcəkdir".

Tarix
2018.08.13 / 17:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla