Yuxarı

Bakı türk ölkəsi ilə yaranmış problemi həll etdi - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konvensiyanın imzalanması bütün Xəzəryanı ölkələr arasında əlaqələrin inkişafına təkan verəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Xəzəryanı dövlətlər arasında münasibətlərin inkişafı üçün münbit şəraitin yarandığını vurğulayıb:

“Xəzər beşliyi” bütün prinsipial məsələlərdə həmrəylik nümayiş etdirdi. Söhbət təhlükəsizlik, sərvətlərin istismar olunması, ekoloji və digər bir sıra mühüm məsələlərdən gedir. Xəzərin hüquqi statusunu müəyyən edən Konvensiya çərçivə sənədidir. Çərçivə Konvensiyasında mübahisəli məsələlərə yanaşmalar öz əksini tapır. Bildiyiniz kimi, Xəzər dənizində əsas mübahisəli məsələlərdən biri də Xəzər dənizindəki “Kəpəz” yatağıyla bağlı idi. Bu yatağın istismarı ilə bağlı Azərbaycanla Türkmənistan arasında fikir ayrılıqları qalırdı. Ancaq Konvensiya üzrə nəzərdə tutulmuş əsaslar bu mübahisəli məsələnin həllinə imkan yaradır. Bu əsaslar modifikasiya olunmuş ortaq xətt prinsipindən ibarətdir. Azərbaycan həmişə Türkmənistan tərəfinə təklif edib ki, “Kəpəz” yatağı məhz həmin prinsip əsasında birgə istismar olunsun. Türkmənistan tərəfi isə indiyə qədər konkret cavab verməyib. Ancaq Xəzərin hüquqi statusu ilə bağlı sənəddə mübahisəli yataqların birgə istismarı ilə bağlı qərar nəinki Türkmənistanla, həmçinin İranla olan və buna bənzər digər məsələlərin həllinə imkan verəcək”.

Tarix
2018.08.17 / 16:31
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla