Yuxarı

Köçəryan Paşinyanı zəif yerindən vurur: 2019-cu ildə…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın 17 avqust mitinqi onun gücünü heç də artırmır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, Paşinyanın mövqeyinin güclənməsinə 3 amil mane olur:

“Birincisi, onun parlamentdəki mövqeyinin zəifliyidir. O, güclə baş nazir mandatı alıb. Hansısa partiyanın ona qarşı səsvermə proseduruna başlamasını təklif etməsi yetərlidir ki, Paşinyan baş nazir kreslosunu itirsin. Məsələn, Respublika və Daşnaksütyun partiyaları 105 yerlik parlamentdə 57 səsə malikdir. Bu iki partiya qeyri-rəsmi eks-prezident Robert Köçəryanı dəstəkləyir.

İkincisi, Paşinyana qarşı olan müxalifətin kifayət qədər maliyyə və media resursu var. Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq administrativ resurs hələ onun xeyrinə deyil. Robert Köçəryan həbsdən azad olunan kimi Daşnaksütyun Partiyasının televiziyasında onun müsahibəsi yayımlandı və ya məlum oldu ki, Köçəryanı həbsdən azad edən hakim vaxtilə Prezident Administrasiyasında onun işçisi olub.

Üçüncü amil Rusiyadır. Köçəryan Paşinyanı zəif yerindən vurur. Köçəryan Paşinyanın “Rusiya Ermənistandakı yeni şərtlərə adaptasiya olunmalıdır” sözlərini kəskin tənqid edib. Köçəryanın Moskvaya daha çox yaxınlığı Paşinyanın problemlərini artıracaq.

Nəhayət, Paşinyanın hazırkı reytinqi hələ yüksək olsa da, onun əlində iqtisadi islahatları dərinləşdirmək üçün resursları azdır, əngəllər isə çoxdur. Ermənistanda növbədənkənar parlament seçkisi 2019-cu ilin mayında keçiriləcək. Həmin tarixə qədər Paşinyana olan dəstək azala da bilər”.

Tarix
2018.08.18 / 12:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla