Yuxarı

Bakının azad edilməsi ilə bağlı detal: 1887-ci ildən bizi... - Tarixçi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci ildə ölkənin paytaxtı Bakı işğaldan azad edilib, bu, çox qiymətli hadisədir.

Bu sözləri Axar.az-a açıqlamasında tarixçi Kərəm Məmmədov deyib. O bildirib ki, 1918-ci ildə xalqımızın köməyinə gələnlər indi Türkiyədən olan qardaşlarımızın babalarıdır:

“O vaxt Azərbaycan müstəqilliyini elan etsə də, Bakı bolşevik-daşnak işğalı altında idi. Belə bir vaxtda Osmanlı, yəni Qafqaz İslam Ordusunun ölkəmizə gəlişi çox mühüm hadisə oldu. Digər tərəfdən, Qafqaz İslam Ordusu deyəndə bunu təkcə Osmanlı ordusu kimi qəbul etməməliyik. Bu ordunun tərkibində çoxlu sayda azərbaycanlılar iştirak edirdi. Nuru Paşa Azərbaycana bir neçə zabitlə gəlmişdi və Qafqaz İslam Ordusunu burada yaratdı. Məsələn, təkcə Qazax-Borçalıdan olan könüllülər üçün Osmanlı Ordusu 11 min geyim sifariş etmişdi. Sonra Gümrüdən, Cəlaloğludan, Qazaxdan, Gəncədən orduya gələn könüllülər əsasında ordu yaradıldı. Nuru Paşanın ögey qardaşı Ənvər Paşa da artilleriya dəstəsi göndərdi. Beləliklə, Bakı işğaldan azad olundu”.

K.Məmmədov qeyd edib ki, həmin vaxt bizim artilleriyamız yox idi:

“Bizi 1887-ci ildən orduya çağırmadıqları üçün Silahlı Qüvvələr kimi hazır deyildik. Nuru Paşanın ölkəmizə gəlib, hərbi təlim keçməsi nəticəsində çox qısa bir müddətdə Azərbaycan ordusu formalaşdı. Bu isə bizim döyüşkənliyimizin qanımızda, genimizdə olduğunu göstərir”.

Tarix
2018.09.14 / 17:55
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla