Yuxarı

Ruhanini Trampla görüşdən çəkindirən – Səbəb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp Ruhani ilə görüşmək istəsə də, ikinci buna hazır deyil.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi ümumiyyətlə ABŞ-la İran arasında yaxın zamanlarda yaxınlaşmanın gözlənilmədiyini bildirib:

“ABŞ prezidentinin İŞİD-ə qarşı qlobal koalisiyadakı xüsusi nümayəndəsinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Briqadasının rəhbəri Süleymani ilə məxfi görüşü sadəcə bir ehtimaldır. Belə bir görüşün baş tutub-tutmadığı dəqiq deyil. Doğrudur, qarşıda BMT-nin Nyu York sessiyası başlayır. Bu da özlüyündə ABŞ və İran prezidentlərinin görüş ehtimalını artırır. Ancaq Tramp Ruhani ilə görüşmək istəsə də, Ruhani buna hazır deyil. Çünki bu görüş İranda mühafizəkarları Ruhaniyə qarşı qaldıra bilər. Nüvə sazişindən çıxan dövlətin başçısı ilə görüşün özü belə indiki zamanda hansısa güzəşt kimi anlaşıla bilər. Ona görə də belə bir görüşün baş tutma ehtimalı olduqca azdır”.

Politoloq iki dövlət arasında dialoq mühitinin də bərpa olunduğuna inanmadığını deyib:

“Əksinə, ABŞ İrana qarşı sanksiyaları sərtləşdirir və başqa dövlətləri də Tehranla əməkdaşlıqdan çəkindirməyə çalışır. Bu halda İranda iqtisadi və sosial vəziyyət daha da ağırlaşacaq. O üzdən də ABŞ-la İran arasında buzların əriməsi qeyri-mümkündür”.

Tarix
2018.09.20 / 12:59
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla