Yuxarı

Əliyev Belarusda kansler kimi qarşılandı – Rusiya KİV

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa səfəri Rusiya mətbuatında geniş işıqlandırılıb. Azərbaycan və Belarus arasındakı yaxın münasibətlər, ticarət-iqtisadi, hərbi əlaqələrin inkişafından bəhs edilib.

Axar.az xəbər verir ki, Rusiyanın məşhur “Komsomolskaya Pravda” nəşrində Gennadi Mojeykonun bu mövzudakı məqaləsində İlham Əliyevin Belarusda böyük hörmət və təmtəraqla qarşılandığı xüsusilə qeyd olunub. Ölkə başçısı İlham Əliyevə 2015-ci ildə Belarusa səfər etmiş Angela Merkelə olduğu kimi, Lukaşenkonun ən yaxşı zirehli avtomobilinin verildiyi, Əliyevin “Merkeldən sonra bu diqqətə layiq görülən ilk lider” olduğu bildirilib.

Belarus prezidentinin İlham Əliyevin görüşünə böyük önəm verməsi və “Belarusun Əliyevin səfərini gözləməsi” barədə fikirləri məqalədə xüsusi xətt təşkil edib.

“Komsomolskaya Pravda” Azərbaycan prezidentinin səfərinin Ermənistanla Belarus arasında KTMT baş katibi postu uğrunda yaranan gərginlik fonunda baş tutmasını diqqətçəkən məqam kimi təqdim edib. Lukaşenkonun Azərbaycan səfirinə KTMT Baş katibliyinə namizədlər barədə danışmasından narazılığını ifadə etmiş Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın sözlərinə Belarus XİN-in verdiyi kəskin reaksiya da məqalədə qeyd olunub. Belə ki, Nikol Paşinyanın Lukaşenkodan izahat tələb edəcəyi barədə fikirlərinə münasibət bildirən Belarus XİN-in mətbuat katibi Anatoli Qlazın Paşinyanın özünü “beynəlxalq prokuror” hesab etməsi və böyük siyasətdə küçə demokratiyası qanunlarının qəbuledilməz olması barədə sözləri xatırladılıb.

Müəllif görüşün əsas mövzularından birinin də Ermənistanın bütün etirazlarına baxmayaraq, rəsmi Minskin Azərbaycana satdığı “Polonez” yaylım atəş sistemləri olduğunu qeyd edib. Bu mövzunun prezidentlərin təkbətək qapalı görüşü zamanı müzakirə edilə biləcəyini yazan nəşr İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə görə Belarus prezidentinə təşəkkür etdiyini bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev 18-19 noyabrda Belarusda səfərdə olub.

Tarix
2018.11.20 / 14:20
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla