Yuxarı

İrəvanda təşviş: Bakı bu briqadanı Qarabağa hazırlayır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda təşviş: Bakı bu briqadanı Qarabağa hazırlayır

Azərbaycanın Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində bəzi postlara sərhəd qoşunlarının bölmələrini yerləşdirməsinə İrəvandan şərhlər gəlməkdə davam edir.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə 90-cı illərin əvvəllərində Ermənistanın Qarabağa göndərdiyi ilk kəşfiyyat-diversiya batalyonunun komandiri olmuş Vova Vartanov bu hadisə barədə öz fikirlərini jurnalistlərlə bölüşüb.

Kəşfiyyatçı Vova deyir ki, hazırda Azərbaycan tərəfində fəal hərəkətlilik müşahidə olunur.

“Onlar təmas xəttinin həm Qarabağ, həm Naxçıvan istiqamətində fəal mühəndis işləri aparırlar. Habelə qoşunların yerləşdirilməsi məsələsində müəyyən dəyişiklik edilir. Onların sərhəd qoşunları çox maraqlıdır, bizimkilərdən xeyli fərqlidir. Hazırda sərhəd qoşunları sərhədin Qazax istiqamətində yerləşdirilir. Bu isə o deməkdir ki, onlar bir briqadanı Ermənistanla sərhəddən götürüb zərurət yaranarsa Qarabağ istiqamətinə yönəldəcəklər” - Vova Vartanov belə deyib.

Azərbaycanın sərhəd qoşunlarını Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətinə yerləşdirdiyini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev açıqlayıb. O bildirib ki, Ali baş komandanın bu əmri sərhəd qoşunlarının yüksək döyüş hazırlığına və təchizata malik olmasının nəticəsidir.

Azərbaycanın sərhəd qoşunları ağır və yüngül zirehli texnika, tank əleyhinə raket sistemləri, hava hücumundan müdafiə vasitələri və müxtəlif artilleriya sistemləri ilə təchiz edilmiş, tammiqyaslı döyüş əməliyyatları həyata keçirən qoşun birləşməsidir. Bu baxımdan kəşfiyyatçı Vova tamamilə düz deyir ki, Azərbaycanın sərhəd qoşunları Ermənistanın sərhəd qoşunlarından fərqlənir.

Tarix
2018.12.18 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla