Yuxarı

İlham Əliyev və xanımı yeni xəstəxananın açılışında - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:06

Yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mıkayılov və 17 saylı birləşmiş şəhər xəstəxanasının baş həkimi, Əməkdar həkim Elmira Rəfailova görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, 60 çarpayılıq dördmərtəbəli birləşmiş şəhər xəstəxanasının ərazisində təcili yardım stansiyası və digər binalar inşa olunub, zəruri infrastruktur yaradılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 1,4 hektardır, tibb ocağının binasının ümumi sahəsi isə 8 min kvadratmetrə yaxındır.

Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Qeyd edilib ki, Qobustanda xəstəxana 1955-ci ildən fəaliyyətə başlayıb. Xəstəxana binalarının yararsız vəziyyətdə olması nəzərə alınaraq Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə Qobustan qəsəbəsindəki 17 nömrəli birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb. Aparılan inşaat işləri zamanı köhnə xəstəxananın yerləşdiyi binalar tam sökülüb və onların yerində müasir standartlara cavab verən yeni xəstəxana binası inşa edilib.

Xəstəxana binasında ümumi qəbul, funksional diaqnostika, pediatriya, mama-ginekologiya, travmatologiya, cərrahiyə və doğum şöbələri, rentgen, terapevt, EKQ, otorinolorinqoloq, oftalmoloq, stomatoloq kabinetləri, əczaxana yaradılıb. Tibb müəssisəsində, eyni zamanda, ümumi terapiya, reanimasiya şöbələri, böyüklər və uşaqlar üçün palatalar, laboratoriyalar var. Xəstəxananın hemodializ və fizioterapiya şöbələrində müasir avadanlıq quraşdırılıb, bütün şöbələr və bölmələr arasında birbaşa əlaqələr mövcuddur. Bu isə həm həkimlərin, həm də xəstələrin rahatlığını təmin etmək baxımından böyük rol oynayır. Xəstəxana binasında istirahət və gözləmə guşələri də yaradılıb. Tibb müəssisəsinin müşavirə zalı və yeməkxanası da var. Xəstəxana binasi yüksək zövq və keyfiyyətlə inşa olunub. Tibbi heyət köhnə xəstəxana binasında gün ərzində 80-90 xəstəyə xidmət göstərə bilirdisə, yeni binada gün ərzində 200-300 xəstəyə tibbi xidmət göstərmək mümkündür. Yeni xəstəxana binasının istifadəyə verilməsindən sonra burada 200-250 həkim, orta və kiçik tibb heyəti və yardımçı işçilərin işlə təmin olunması nəzərdə tutulur.

Səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində mühüm yerlərdən birini tutur.

Heydər Əliyev Fondu səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinə dəyərli töhfələr verir. Fəaliyyəti dövründə Fondun təşəbbüsü ilə müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən xəstəxanaların, Müalicə-Diaqnostika, Reabilitasiya mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi avadanlıqla təmin edilib. Fondun gələcəyimiz olan uşaqların sağlamlığı üçün atdığı addımlar görülən işlərin tərkib hissəsidir. Diabetli uşaqlara ən yüksək qayğı, talassemiyasız həyat naminə layihələr və Fond tərəfindən həyata keçirilən digər tədbirlər, ilk növbədə, vətəndaşlarımızın sağlamlığının qorunması, uşaqların sağlam böyüməsi kimi mühüm və nəcib məqsədə xidmət edir. Bu gün Azərbaycanda səhiyyənin inkişafı bir çox sahədə özünü aydın büruzə verir. Bu, istər yeni tibb ocaqlarının inşası, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpası, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq göstərir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlətimizin başçısı daim nəzarətdə saxlayır. Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir.

Sonra dövlət başçısı tibb müəssisəsinin kollektivi ilə görüşüb.

Tarix
2019.01.14 / 15:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla