Yuxarı

Xocalı soyqırımı buna görə tanınmır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı soyqırımı buna görə tanınmır

Xocalı soyqırımı baş verəndə mənim 13 yaşım vardı, indi 40 yaşımdayam. Artıq müəllimin 5 yaşlı qızıma ev tapşırığı verdiyi “Xocalı” şeirini əzbərləməkdə yardım edirəm.

Uşaq şeirdə yazılanlarla maraqlanır, gözləmədiyim yerdən istəmədiyim sualları verir: “Ata, Xocalı nədir? Xocalı haradır? Xocalı nə deməkdir?”

Uşağa başa düşdüyü dildə, onun anladığı şəkildə izah etməyə calışıram. Qızımın sualına cavabı ürəyimdə özümə verirəm: “Qızım, canımıza dərddir, azardır Xocalı”.

Nə yazıq ki, biz körpə balalarımıza soyqırıma məruz qaldığımızı, öldürülməyimizi anlatmaq məcburiyyətindəyik. Nə edək, yaxın tariximiz budur. Amma övladlarımızın hələ kiçik yaşlarından xəyal qırıqlığına uğramasının fərqində deyilik.

İndi biz Xocalını ildə bir dəfə feysbukda profil şəklimizi dəyişərək, bəzi QHT rəhbərləri isə (hamısına aid deyil- R.B.) pul silərək, özümüzün deyib özümüzün eşitdiyi müxtəlif tədbirlər keçirməklə anırıq. Qərb, Avropa isə faciəmizi tanımaq istəmir. Əlimizdə soyqırımı əks etdirən bu qədər video, foto görüntülərin olmasına rəğmən. Əvəzində isə təsdiqi üçün heç bir video, foto görüntülərin, sənədlərin olmadığı, uzaq 1915-ci ildə xəyali və saxta “erməni soyqırımı”nı tanıyırlar. Niyə? Səbəbi çox sadədir, müsəlman və türk olmağımız…

Fransanın Əlcəzairdə törətdiyi soyqırımı tanınırmı? Tanınmır. Niyə? Müsəlman olduqları üçün. Eləcə də biz müsəlman və türk olduğumuz üçün, müsibətimizi dinlədə bilmirik. Dinləyirlər, amma qulaqları kar, gözləri kordur. Bizə isə yalnız və yalnız müsəlman və türk kimliyimizi tanıyaraq və güclənərək hazırlaşmaq qalır.

Böuük qələbəyə hazırlaşaq.

Salam və dua ilə!

Avropa.info

Tarix
2019.02.25 / 16:12
Müəllif
Ruslan Bəşirli
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla