Yuxarı

Məmmədyarov Çin səfiri ilə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov Çin səfiri ilə görüşdü - Foto

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyunun 13-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Çin arasında mövcud olan ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda, münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Səfir Vey Cinhua fəaliyyət müddəti ərzində Azərbaycan ilə Çin arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu işgüzar səfərinin, bu səfər çərçivəsində ÇXR-in Sədri Si Cinpin ilə görüşünün, eləcə də bu ölkənin xarici işlər naziri Van İnin bu yaxınlarda Bakıya ilk rəsmi səfəri də daxil olmaqla, tərəflər arasında son zamanlar həyata keçirilən yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb.

Səfir Vey Cinhua Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyinə dair mövqeyini bir daha ifadə edib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Vey Cinhuana təşəkkürünü bildirib. O, ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib və son zamanlar baş tutan qarşılıqlı səfər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirib.

Elmar Məmmədyarov ölkəmizin Çinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə dəstək verməklə bağlı prinsipial mövqeyini alqışladığını vurğulayıb.

Sonda Elmar Məmmədyarov səfir Vey Cinhuaya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tarix
2019.06.13 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

İlham Əliyev Qaradağda... - Foto

Nazir Azərbaycanın yardımları ilə bağlı maraqlı faktı açıqladı

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla