Yuxarı

AŞPA-da Dilqəm və Şahbazla bağlı çağırış: Lavrov niyə dillənmir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə AŞPA-da Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətinin ağır olduğunu bəyan edib.

Axar.az-ın məlumatına görə, deputat Azərbaycanın AŞPA-dan bu humanitar fəlakətlə bağlı ciddi addımlar gözlədiyini deyib.

“Vəziyyət çox təcilidir. Bir həkim olaraq, bu videoya baxarkən başa düşdüm ki, girovların sağlamlıq vəziyyəti həqiqətən də acınacaqlıdır, hətta onlardan biri ölüm ayağındadır. Hazırda bizim təcili addımlara ehtiyacımız var. Təkcə AŞPA deyil, bütün beynəlxalq təşkilatlar bu insanları qorumaq üçün səslərini ucaltmalıdırlar”, – deyə Mollazadə bildirib.

Bu vəziyyəti humanitar fəlakət adlandıran millət vəkili Rusiya Xarici İşlər Nazirliyinin, cənab Sergey Lavrovun niyə Rusiya vətəndaşını müdafiə etmədiyinin onun üçün maraqlı olduğunu deyib.

“Girovlardan biri Rusiya vətəndaşıdır. AŞPA-ya geri dönən Rusiya nümayəndə heyəti bu barədə öz fikirlərinin bildirməlidir. Düşünürəm ki, Ermənistan nümayəndə heyəti də Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə və insanların öz torpaqlarında, kəndlərində həbs edilməsi nəticəsində yaranan humanitar fəlakət haqqında düşünməlidir. Biz Avropa Şurasından bu humanitar fəlakətlə bağlı ciddi addımlar gözləyirik”, – deyə Mollazadə əlavə edib.

Tarix
2019.06.25 / 20:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla