Yuxarı

Səfirimiz qətərli nazirlə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirimiz qətərli nazirlə görüşdü - Foto

Azərbaycan Respublikasının Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov və Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaye arasında görüş keçirib.

Axar.az xəbər verir ki, görüş zamanı hər iki ölkənin dövlət başçıları və nazirlər səviyyəsində qarşılıqlı səfərlərin Azərbaycan Respublikası və Qətər Dövləti arasında siyasi, iqtisadi və texniki əlaqələrin inkişafına töhfə verdiyi və mövcud hüquq-müqavilə bazası əsasında artan istiqamətdə inkişaf etdiyi qeyd olunub.

Eyni zamanda, görüşdə iki ölkə arasında ekologiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib və ticarət zamanı tələb olunan sənədlərin, o cümlədən diri heyvan və heyvan məhsulları üçün nəzərdə tutulan baytarlıq sertifikatlarının qarşılıqlı tanınması üçün müvafiq tədbirlərin görülməsinin ticarət əlaqələrinin inkişafına əlavə stimul verəcəyi bildirilib.

Sonda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tərəfindən Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subayeyə ünvanlanmış dəvət məktubunun əsli nazirə təqdim olunub.

Tarix
2019.06.27 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla