Yuxarı

Sülh və təhlükəsizlik üçün səyləri əsirgəməyəcəyik - Nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülh və təhlükəsizlik üçün səyləri əsirgəməyəcəyik - Nazir

Qlobal və regional təhlükəsizliyə dəstək verilməsi, geniş miqyaslı nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit Okean Alyansının (SOA) Perunun paytaxtı Limada keçirilən 14-cü zirvə iclasında çıxışı zamanı deyib.

"Müstəqilliyimizin iki və yarım onilliyindən artıq müddət ərzində Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq təşkilatların fəal üzvü olaraq, Azərbaycan beynəlxalq əməkdaşlıqda öz rolunu genişləndirib. Bütün bu fəaliyyətlərdə biz həm özümüz, həm də tərəfdaşlarımız üçün “qələbə qazanmaq” ssenarisinə əsaslanan layihələrə praktiki töhfə veririk, beynəlxalq hüquq prinsiplərinə riayət edirik, iqtisadi və sosial ədalətə sadiqik. Azərbaycanın çoxtərəfli diplomatiyada artan rolunun tanınması ölkənin 2011-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində seçilməsi ilə üzə çıxdı. Mən, Azərbaycanın Təhlükəsizlik Şurasının üzvü olmasını dəstəkləyən Alyans üzvlərinə bir daha minnətdarlığımı bildirirəm.

Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatının sədri kimi seçilməsi, ölkəmin bərabər tərəfdaşlıqları inkişaf etdirmək və hər hansı bir hərbi bloka qoşulmadan tarazlı siyasət aparmaq səylərinin daha bir vacib təsdiqidir. Bu xüsusda, 2019-cu ilin oktyabr ayında paytaxtımız Bakı şəhərində keçiriləcək Qoşulmama Hərəkatının XVIII Sammitində iştirak üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Alyans üzvlərinə dəvətini bir daha diqqətinizə çatdırmaq, həmçinin ölkəmiz tərəfindən Hərəkata sədrliyi dövründə beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsində Hərəkatın yüksək məqsədlərini daha da inkişaf etdirmək üçün bütün səylərini əsirgəməyəcəyini vurğulamaq istərdim", - deyə E.Məmmədyarov vurğulayıb.

Tarix
2019.07.06 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

Prezident ona "Dostluq" ordenini təqdim etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla