Yuxarı

ABŞ qalib gəldi: İran niyə geri çəkilir? – Analiz

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ qalib gəldi: İran niyə geri çəkilir? – Analiz

İran Prezidenti Həsən Ruhani ABŞ-lı həmkarı Donald Trampla görüşə razılıq veribsə, demək, Ali dini lider Əli Xameneinin xeyir-duasını alıb.

Axar.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə Ruhaninin bu istiqamətdəki siyasətinin dəyişməsinin İrandakı ağır iqtisadi vəziyyətlə əlaqəli olduğu qeyd edilib:

“Həsən Ruhani son çıxışında deyib ki, əgər bir şəxslə görüşmək ölkənin rifahına səbəb olacaqsa, buna hazıram. Aydındır ki, Ruhani “bir şəxs” dedikdə Donald Trampı nəzərdə tutur. Halbuki hələ son günlərə qədər Ruhani belə bir görüşün mümkünlüyünü inkar edirdi.

İran iqtisadiyyatı sanksiyalar ucbatından ağır günlərini yaşayır, sosial problemlərin həlli mürəkkəbləşir. Vəziyyət o qədər ciddidir ki, İran hökuməti və parlamenti gələn ilin büdcəsinin neft gəlirləri olmadan formalaşmasını düşünür. Yəni Tehran hətta nefti sata bilməmə durumuna da hazırlaşır.

İran prezidenti bu vəziyyətdən çıxış yolu axtararkən xarici siyasətdə korrektəyə üstünlük verir. Zərifin Fransaya səfəri, Tehranın “bizə neft satmağa imkan versələr, uranın zənginləşdirilməsi məsələsinə yenidən baxa bilərik” açıqlaması və nəhayət, Həsən Ruhaninin Trampla görüşə biləcəyi açıqlaması da siyasətin korrektəsindən xəbər verir. Həsən Ruhaninin İranın problemlərini həll etmək üçün ABŞ-la təmaslara başlamaqdan başqa yolu yoxdur”.

Mərkəzin təhlilində Ruhaninin Trampla görüşə razılıq verilməməsinin İslam İnqilabı Keşikçiləri Korpusunun mövqeyi ilə bağlı olduğu vurğulanıb:

“Əvvəl Donald Tramp iranlı həmkarına görüş təklif edirdi, Ruhani görüşdən imtina edirdi, indi isə Həsən Ruhani görüşmək istəyir, Ağ Ev sahibi tələsmir. Məsələ burasındadır ki, bəlkə də Həsən Ruhani elə ilk gündən ABŞ-lı həmkarı ilə görüşə hazır olsa da, Ali dini liderin və İslam İnqilabı Keşikçiləri Korpusunun mövqeyi onun əl-qolunu bağlayırdı. Çünki hər iki güc Həsən Ruhaninin və Cavad Zərifin ABŞ-lı həmkarları ilə mümkün təmaslarına qadağa qoymuşdu.

İran iqtisadiyyatı Ali dini lideri və İslam İnqilabı Keşikçiləri Korpusunu da mövcud v.əziyyətdən çıxış yolları axtarmağa vadar edir. İranda hakimiyyətə nəzarət edən qüvvələrin heç biri ABŞ-la müharibə istəmir, bunun İrana baha başa gələcəyini anlayır. Ona görə də həm Ali dini lider, həm də İslam İnqilabı Keşikçiləri Korpusu Prezidentə və xarici işlər nazirinə ABŞ-lı həmkarları ilə danışıqlara başlamağa icazə veriblər”.

Tarix
2019.08.27 / 16:52
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla