Yuxarı

Məmmədyarov Litvanın yeni səfirini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov Litvanın yeni səfirini qəbul etdi

Xarici İşlər naziri Elmar Məmmədyarov Litvanın Azərbaycana yeni təyin olunan səfiri Eqidius Navikası qəbul edib.

Xarici İşlər Nazirliyindən Axar.a-a verilən məlumata görə, E.Məmmədyarov Eqidius Navikası səfir təyin olunması münasibətilə təbrik edib və Litva səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Eyni zamanda ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

E.Navikas Azərbaycanın regionda apardığı müdrik xarici siyasətini və bu xüsusda ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrin əhəmiyyətini qeyd edib. O, Litva tərəfindən Azərbaycanda həyata keçirilən tvinninq layihələrinin və bu sahədə ölkələrimiz arasında təcrübə mübadiləsinin uğurundan bəhs edərək bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

E.Navikası etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Tarix
2019.09.05 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla