Yuxarı

Pərviz Şahbazov monqol nazirlə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində səfərdə olan Energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

Nazirlikdən Axar.az-a bildirilib ki, Energetika nazirinin Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol ilə görüşündə qlobal neft bazarında hazırki vəziyyət, neftin qiymətinə, eləcə də tələb və təklifə təsir edən amillər, neft ölkələrində iqtisadiyyatın şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

P.Şahbazov energetika sektorunda islahatlar çərçivəsində görülən tədbirlər barədə ətraflı məlumat verərək “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması istiqamətində Beynəlxalq Enerji Agentliyi ilə intensiv əməkdaşlığın vacibliyini qeyd edib. Fatih Birol Azərbaycanın energetika sektorunda yeni çağırışlara uyğun fəaliyyətini təqdir edərək strategiya layihəsinin hazırlanmasına dəstək verəcəklərini bildirib.

Bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahəyə dəstəklə bağlı məsələlər isə Çinin Milli Enerji Administrasiyasının vitse-prezidenti Lin Shanqing ilə görüşdə müzakirə edilib. Bu ilin aprelində “Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində dövlət başçısının Çinə səfərinin və imzalanan sənədlərin iki ölkə arasında müxtəlif sahələrdə, eləcə də enerji sektorunda əlaqələrin genişlənməsi üçün yaratdığı imkanları xatırladıb. Nazir Çin şirkətlərini bərpa olunan enerji sahəsində fəal iştiraka dəvət edib.

Nazir Dünya Neft Şurasının prezidenti Tor Fyeranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. Tor Fyeran 24-cü Dünya Neft Konqesinə ev sahibliyi etmək üçün keçirilmiş səsvermədə Azərbaycanın yüksək nəticə göstərdiyini vurğulayıb və ölkəmizlə qurum çərçivəsində əlaqələrin dərinləşdirilməsi ilə bağlı təklifləflərini diqqətə çatdırıb. Cari və növbəti illərdə Dünya Neft Şurasının müxtəlif tədbirlərində Azərbaycanın təmsil olunması, Tor Fyeranın ölkəmizə gözlənilən səfəri, eləcə də neft-kimya və neft emalı sahəsində inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb.

Monqolustanın Energetika naziri Çerenpil Davasurenlə görüşdə isə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, eləcə də Monqolustan tələbələrinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almaları ilə bağlı məsələlər müzakirə edilib. “Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmaya hazır olduğu bildirilib. Həmçinin Monqolustanın neft sektorunun inkişafında Azərbaycanla əməkdaşlığa maraq ifadə edilib.

Səfər çərçivəsində həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd əl-Məzrui, Dünya Enerji Şurasının həmsədri Jean Marie Dauger, Hindistanın Neft və Qaz naziri Dharmendra Pradhan ilə də görüşlər keçirilib və ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Tarix
2019.09.10 / 19:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla