Yuxarı

S-400 Ərəbistanı hücumdan qoruya bilərdi? – Rus ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
S-400 Ərəbistanı hücumdan qoruya bilərdi? – Rus ekspert

“Patriot” raket kompleksləri “Saudi Aramko”nun zavod və yataqları ətrafına yerləşdirilməyib.

Bu sözləri Axar.az-a açıqlamasında rus hərbi ekspert İqor Pankratenko Səudiyyə Ərəbistanının “Patriot” zenit raket komplekslərinin neft zavodlarını zərbələrdən qoruya bilməməsini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Səudiyyəyə vurulacaq hər hansı bir zərbənin bu istiqamətdən olacağını heç kim təsəvvür edə bilməzdi:

“Üstəlik, pilotsuz aparatlar bir sıra hava hücumundan müdafiə sistemlərinə qarşı manevrlər etdilər. Hazırda Səudiyyə Ərəbistanı vəziyyəti bərpa etməyə çalışır, ən vacib infrastruktur obyektləri üçün örtüklər yaradılır və müvafiq avadanlıqlarla təchiz olunur. Buna görə növbəti hücumların o qədər də uğurlu olmayacağını düşünürəm”.

“Patriot”la S-400-ləri müqayisə edən ekspert hər iki hava hücumundan müdafiə kompleksinin bu hücumun qarşısında aciz olduğunu vurğulayıb:

“Anlamaq lazımdır ki, nə “Patriot”, nə S-300, nə də S-400 pilotsuz uçuş aparatına qarşı etibarlı müdafiə vasitəsi deyil.

Rusiya sistemlərinin Suriyanın Hmeymim aviabazasına edilən çoxsaylı uçuş aparatı hücumlarını dəf edə bilmədiyini xatırlatmaq kifayətdir. Odur ki, belə halda Səudiyyəni S-400-lər də xilas edə bilməzdi. Hazırda lazım olan tək şey rəsmi Ər-Riyadın artıq icrasına başladığı bir sıra mühüm tədbirləri görməsidir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinə məxsus iki nəhəng neftayrıma zavoduna zərbə endirməsindən sonra “Patriot” sistemlərinin etibarlılığı gündəmə gəlib. Bəzi ekspertlər S-400-ün bu hücumları dəf edə biləcəyini iddia ediblər.

Tarix
2019.09.19 / 16:37
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla