Yuxarı

Seçki estafeti başladı: mühüm və qaynar dönəm... – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkiləri dövlətçiliyimizin idarəçilik sistemini Avropa standartları səviyyəsinə qaldıra bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı danışarkən deyib. O, erkən seçkinin üstünlüklərini belə izah edib:

“Bu, gözlənilən hadisə idi. Çünki Konstitusiya Məhkəməsi də Milli Məclisin buraxılması ilə bağlı müsbət rəy vermişdi. Parlament də buraxılması üçün Prezidentə müraciət etmişdi. Konstitusiya Məhkəməsi qeyd etdi ki, baş verənlər Azərbaycan Respublikası Konstitusiyasına zidd deyil və parlament buraxıla bilər. Prezident öz səlahiyyətindən istifadə edərək, parlamentin buraxılması və yeni seçkilərin vaxtını təyin etdi. Bu, aparılan islahatların tərkib hissəsidir. Çünki parlament qanunvericilik məclisi kimi hakimiyyətin ikinci ən mühüm qolu, hakimiyyət və idarəetmə səlahiyyətlərinin bölüşdürülməsində böyük əhəmiyyətə malik bir orqandır. Məhz yeni parlamentin Prezidentin islahatlar prosesinə uyğun şəkildə formalaşdırılması aparılan siyasətin həm mahiyyətinin düzgün başa düşülməsində, həm də bütövlükdə idarəetmə sisteminin daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq. Zənnimcə, yeni formalaşacaq parlament daha məhsuldar işləyəcək, bu parlament peşəkarların, cavan və orta nəslin təcrübəli nümayəndələrindən formalaşadırılmaqla, nəsillərin estafetini qoruyacaq. Nəticə etibarilə parlament qanunvericilik sahəsində təcrübəli adamların toplaşdığı mühüm bir orqan olacaq. Parlamentin sırf intellektual adanmlardan formalaşdırılması bundan sonra həm Azərbaycan dövlətçiliyinin imicinə, həm də Azərbaycan dövlətinin uğurla idarəedilməsi işinə çox mühüm töhfə verə bilər. Bu, eyni zamanda dövlətçiliyimizin idarəçilik sistemini Avropa standartları səviyyəsinə qaldıra bilər.

Düzdür, belə bir rəy səslənə bilər ki, verilən müddət seçkilərə hazırlaşmağa kifayət etməyəcək. Amma hesab edirəm ki, dövlət belə bir islahata gedirsə, növbədənkənar seçkilər keçirilirsə, deməli, bunun üçün lazım olan şərait ən yüksək səviyyədə təşkil olunacaq. Parlamentin yenidən formalaşdırılması zərurəti ortadadır. Ölkəni daxili və xarici təzyiqlərdən qorumaq, aparılan islahatların mükəmməlliyini təmin etmək üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi vacib idi”.

Tarix
2019.12.05 / 17:31
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla