Yuxarı

Prezident daxildə olan “qurdlar”ı təmizləyir... – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident daxildə olan “qurdlar”ı təmizləyir... – Millət vəkili

Korrupsiya və rüşvətxorluq ağacı daxildən məhv edən qurd kimidir və onunla mübarizə olduqca vacibdir. Məhz ölkə başçısı hökumət daxilində olan bu “qurd”ları təmizləyərək, gənclərə və gənc təfəkkürlü insanlara önəm verərək, Azərbaycanı bu bəladan qurtarmağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Şamaxıya səfəri zamanı etdiyi çıxışı şərh edərkən deyib. O bildirib ki, Azərbaycanın əldə etdiyi uğurların təminatı insan kapitalı, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur:

“Dövlətin inkişafında kadr siyasəti hər zaman mühüm rol oynayır və idarəetmə prosesində də bu amil önə çəkilir. Ümumiyyətlə, hər bir hakimiyyətin əldə etdiyi uğurların əsasında geniş və qlobal miqyasda düşünməyi və lokal şəkildə fəaliyyət göstərməyi bacaran kadrların olması əsas şərtlərdən biridir. Aydındır ki, belə kadrlar sürətlə dəyişən gerçəkliklərlə ayaqlaşmağı bacarır, daim irəliyə nəzər salır, baş verəcək hadisələri düzgün proqnozlaşdırır, eyni zamanda, yeri gəldikcə keçmiş təcrübədən yararlanmağı unutmurlar. Bütün bunlarla bərabər, həm də mənəvi keyfiyyətləri ilə xalqın rəğbətini qazanırlar. Bəli, idarəetmədə bu xüsusiyyətlərə malik kadr elitası olmadan qarşıya qoyulan vəzifələri gerçəkləşdirmək mümkün deyil. Elə buna görə də cənab Prezident siyasətində bu reallığa xüsusi önəm verir. Yeni hökumətin formalaşdırılması zamanı həmin prinsipə diqqət yetirilməsi də məhz bununla bağlıdır”.

E.Nəsirov bildirib ki, prezident təkcə yaş baxımından deyil, həmçinin, təfəkkür baxımından da gəncləşməyə önəm verir:

“Onu xüsusi qeyd etmək lazımdır ki, Prezidentin gəncləşmə siyasəti təkcə yaş baxımından deyil. Yəni yaşı çox olub, düşüncəsi, təfəkkürü qocalmayan insanlar ölkənin inkişafında mühüm rola malik ola bilər. Məhz bu baxımdan ölkə başçısı öz çıxışlarında kadr islahatlarını kampaniya halına gətirmək istəyənlərə sərt mesajlar verir. Çünki elə sahələr var ki, orada təcrübə çox mühüm rol oynayır. Bu baxımdan təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılır. Düşünürəm ki, ölkə başçısının istəyi və məqsədi bundan ibarətdir. Çünki bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik”.

Tarix
2019.12.06 / 14:19
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla