Yuxarı

İrəvan imza atıb: 7 rayon azad edilməlidir, sonra… - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan imza atıb: 7 rayon azad edilməlidir, sonra… - Video

13:45

Azərbaycanın əlində Ermənistana qarşı tutarlı əsas var və Dağlıq Qarabağ münaqişəsinin həllini məhz ondan başlamaq lazımdır: birinci növbədə mübahisə predmeti olmayan Azərbaycanın yeddi rayonunun işğaldan azad edilməsi məsələsini qaldırmaq lazımdır.

Axar.az xəbər verir ki, bu barədə Rusiyada yayımlanan Patriot TV-nin "Siyasət" verilişində Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev deyib.

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağla bağlı “mübahisəli ərazi” terminindən istifadə olunursa, o zaman Ermənistan tərəfinin ətrafdakı 7 rayonu əlində tutması işğaldır və bu faktı əsas kimi istifadə etmək lazımdır:

“Düzgün yanaşmanı tapmaq vacibdir. Ermənistanın özünün də qəbul etdiyi faktlar irəli sürülməlidir. Söhbət Ermənistanın işğal etdiyi və heç vaxt Dağlıq Qarabağın “mübahisəli ərazilərinə” daxil olmamış Azərbaycanın yeddi rayonundan gedir”.

Perenciyev vurğulayıb ki, bu problem ətrafında müzakirələr aparılarkən o, dərhal Ermənistanın Azərbaycanın bu yeddi rayonunun işğal faktı barədə danışır və onun həmsöhbətləri düşünürlər ki, əgər Ermənistan bu torpaqları işğal edibsə, onda çox güman ki, Dağlıq Qarabağ da təcavüzə məruz qalıb:

”Bu yeddi rayonun Azərbaycana məxsus olması haqda Ermənistan tərəfinin imzaladığı həqiqi sənədlər var və onlar şəkk-şübhəsiz bu torpaqları azad etməlidir. Bundan başlamaq lazımdır. Bütün dünyaya ermənilərin işğalçı siyasətini ifşa etmək və sonra Qarabağın azad edilməsini tələb etmək lazımdır”.

Perenciyev əmindir ki, əgər bu istiqamətdə fəaliyyət göstərilsə, 2020-ci ilin ikinci yarısında Dağlıq Qarabağın da işğaldan azad olunmasını gözləmək olar”.

Tarix
2019.12.16 / 22:52
Müəllif
Əli, Vüsal
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla