Yuxarı

Ərdoğan bu addımla ABŞ-a ağır zərbə vura bilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan bu addımla ABŞ-a ağır zərbə vura bilər

ABŞ-ın Türkiyə ilə münasibətdə nümayiş etdirdiyi aqressiv siyasətlə bağlı Ərdoğanın çıxışı və mövqeyi təqdirəlayiqdir. Bu xarizmatik siyasətçi ABŞ kimi bir dövlətin Prezidenti ilə barabər səviyyədə mübarizə aparır. Və o, düzgün addım atır, çünki ABŞ-ın Türkiyəyə qarşı davranışları, onun sanksiya tətbiq etmək hədələri dosta xas olmayan jestdir.

Bu barədə Axar.az-a qırğızıstanlı politoloq, J.Balasaqın adına Qırğız Universitetinin Kadrların təkmilləşdirilməsi və ixtisasartırma fakültəsinin professoru, hüquq elmləri doktoru Kayrat Osmanəliyev deyib.

“Buna görə də Ərdoğanın İncirlikdəki və Kürəcikdəki NATO bazalarının bağlanıla biləcəyi haqqında bəyanatı ABŞ və onu bu məsələdə dəstəkləyən Avropa ölkələri tərəfindən mümkün sanksiyalara kifayət qədər əsaslı cavab oldu. Düşünürəm ki, məsələ ABŞ HHQ-nin İncirlikdəki bazasının real və tam olaraq bağlanılmasına gətirib çıxarmayacaq. Yekunda kiminlə dostluq etmək və kimdən silah almaq məsələlərini Türkiyə özü həll etməlidir, bu Türkiyənin suveren hüququdur”, - deyə həmsöhbətimiz Moskva ilə Ankara arasında ikinci partiya S-400-lərin alınması haqqındakı danışıqları nəzərdə tutaraq bildirib.

Onun sözlərinə görə, Tramp NATO-dakı müttəfiqi olan və potensialına görə alyasda ikinci orduya malik Türkiyəyə göstəriş vermək və ona təzyiq göstərməyə çalışır.

“ABŞ Prezidentinin kompromisə getməyə hazır olmadığı görünür və böyük ehtimalla Ərdoğan ABŞ HHQ və NATO bazalarının yerləşmə şərtlərini yenidən nəzərdən keçirəcək ki, bu da onların Yaxış Şərq bölgəsinə təsirini minimuma endirəcək. Bundan həm NATO, həm də amerikalılar zərər çəkəcək. ABŞ Senatının “erməni soyqırımı” barədə qərarı hadisələrin bu cür gedişatını sürətləndirir ki, bu, Türkiyənin beynəlxalq səviyyədə imicinə zərbə vurur. Buna görə də Avropanın ayrı-ayrı istilaçı ölkələrinin və sonradan ABŞ hökumətinin törətdikləri “hinduların soyqırımı” siyasəti ilə bağlı dəlil də məntiqli görünür və həmişə olduğu kimi ABŞ hökuməti öz gözündə tiri görmür”, - deyə Osmonoliyev vurğulayıb.

Tarix
2019.12.16 / 16:33
Müəllif
Əli, Vüsal
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla