Yuxarı

Bu, Bakı və Ankara qardaşlığının bariz nümunəsidir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Bakı və Ankara qardaşlığının bariz nümunəsidir

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradəsinə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin ruhuna uyğun olaraq, Türkiyəyə məxsus təyyarə ilə bu gün Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə Çinin Uhan şəhərindən təxliyə edilib. Təyyarənin bu gün axşam radələrində Türkiyə ərazisinə enməsi gözlənilir.

Axar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Bununla əlaqədar olaraq, qardaş Türkiyəyə təşəkkürümüzü ifadə edirik. Bu, Azərbaycan və Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir. Uçuşdan öncə təxliyə olan vətəndaşlarımız həkim müayinəsindən keçiblər, onların sağlamlıq durumu qənaətbəxşdir. Vətəndaşlarımız könüllü əsasda 2 həftəlik müddətdə Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaqlar, daha sonra Azərbaycana qayıdacaqlar. Vətəndaşlarımıza göstərdikləri dəstəyə görə, həmçinin Çin Xalq Respublikası Hökumətinə də təşəkkürümüzü bildirir və bu müvəqqəti çətin günlərdə dost Çin xalqı və dövləti ilə həmrəylimizi ifadə edirik", - XİN rəsmisi bildirib.

Tarix
2020.02.01 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla